Azerbaijani Explanatory Dictionary
MÜDDƏİ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn.
hüq. İddia eden,
teleb eden, telebkar, iddiaçı. // Prokuror. Müddəinin tələbi.
Cəmilə [azerbaycanca] və rusca olaraq bir müddəi kimi danışıb deyirdi:
Biz gərək xalq malına öz malımız kimi ba-xaq!.. S.Hüseyn. Sanki müddəilərdən sonra hakim danışacaq, bu vaxta qədər söylənmiş ittihamlara dair öz ədalətli hökmünü bildirə-cəkdi. M.Hüseyn.
klas. Düşmen, reqib, bedxah. Gər sənə əfğanimi bihudə dersə müddəi; Ol sözə tutma qulaq, mən çəkdiyim əfğanə tut! Füzuli. [Əv-velinci:] Bu hökmranların hamısı biri-birilə müddəidir. Ə.Haqverdiyev. □ Müddəi çıx-maq
edavete başlamaq, düşmençilik etmek. [Sekine xanım:] Bu bihəya qardaşımın arvadı mənə müddəi çıxıb pulun yetişməyini təxirə saldı. M.F.Axundzade. Müddəi olmaq
düş-men olmaq; edavet etmek. İki axund ad və şöhrət üstə həmişə bir-birilə müddəi olarlar. C.Memmedquluzade.
MÜDDƏİYİ-ÜMUMİ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Pro-kuror. Silistçi, müddəiyi-ümumi və doktor nəşlər olan otağa girib, nəşləri müayinə et-dikdən sonra protokol yazıldı. E.Sultanov. Əvvəl müddəiyi-ümumi danışdı. S.Hüseyn.
MÜDDƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Bir işin, hadisenin başlanması ile qurtarması arasındakı, yaxud bir şey üçün müeyyen edilmiş vaxt, zaman. Təhsil müddəti.
[Qadın:] Molla, məni gü-naha batırdın, siğənin müddəti çoxdan tamam olmuşdur. çemenzeminli. [Rehim:] Parovo-zun adi təmirinə 96 saat tələb olunduğu hal-da, biz təmir müddətini 24 saata endirdik. Ə.Sadıq. // ümumiyyetle, vaxt, zaman. □ (Bir) az müddət
az zaman, az vaxt. Az müddət içərisində dil öyrəndi.
[Derviş]
. bərk köksünü ötürüb bir az müddətdən sonra məndən sordu. A.Divanbeyoğlu. [Göyerçin:] Böyük bir saray az müddətdə tikilib başa gələ bilər. Z.Xelil. Bir müddət
bir neçe vaxt, bir zaman, bir qeder. Bir müddət gözləmək.
Bir müddət işlədikdən sonra bəy [Nebinin] haqqını kəsir. "Qaçaq Nebi". Teymur bir müddət dalanın ağzında dayanıb nə edəcəyini bilmədi. H.Seyidbeyli. (Bir) neçə müddət
bax bir müddət. Bir övrət bir kişi ilə neçə müddət yaşayandan sonra bunların övladı olur. C.Memmedquluzade. Beləliklə, İskən-dər bəy dağlarda neçə müddət padşahlıq elədi. Ə.Haqverdiyev. Bu müddət(də)
bu dövr(de), bu vaxt(da).
Mövsüm. Ov müddəti. Əkin müddəti.
MÜDDƏTLİ : Azerbaijani Explanatory Dictionary
sif. Müeyyen müddet üçün nezerde tutulmuş; vaxtlı.
MÜDƏBBİR : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Tedbirli, uzaqgören.
MÜDƏRRİS : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Müellim, ders veren adam. Mədrəsə içrə müdərris verdiyi min dərsdən; Yey durur meyxanədə bir cam vermək bir gözəl. Füzuli. Bizlərdə şəyirdə tema verib yazı yazdırmaq adəti rus müdər-rislərindən götürülüb. C.Memmedquluzade. Müdərrislərimiz ondakıməharətə qibtə edər-lərdi. İ.Əfendiyev.
MÜDƏRRİSLİK : Azerbaijani Explanatory Dictionary
is. köhn. Müellimlik.
Müdərrislik etmək.
On-on iki il bundan irəli Məşədi [Molla Hesen] İrəvanda başına yeddi-səkkiz müsəlman uşağı yığıb müdərris-lik elərdi. C.Memmedquluzade.
MÜDHİŞ : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] Dehşetli, dehşet doğu-ran, vahimeli, dehşetamiz, qorxunc. Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən. A.Sehhet. [Şeyda:] İnan ki, əfv etmək intiqam almaqdan daha müdhişdir. H.Cavid. İndi məndə Xədicəyə qarşı müdhiş bir kin vardı. S.Hüseyn.
MÜDHİŞLİK : Azerbaijani Explanatory Dictionary
MüDHİŞLİK is. Dehşetlilik, vahimelilik,
qorxuncluq.
MÜDİR : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Bir idareni, müessiseni idare eden adam, idare başçısı; direktor. Klub müdiri.
Qeyz ilə durmuş ortalıqda müdir; İmtahan yazısın edir təqdir. A.Sehhet. Sabahı gün Mirzə naçalnikdən izin alıb məktəb müdi-rinin yanına getdi. Ə.Haqverdiyev. Nərgiz özü isə kənd kitabxanasının müdiri olduğundan işə bir saatdan sonra gedəcəkdi. M.Hüseyn. // Bir idarenin, müessisenin ve s. müeyyen sahesine, hissesine rehberlik eden adam. Təsərrüfat hissə müdiri. Şöbə müdiri.
MÜDİRƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Qadın müdir.
.Reyhan xanım qızı ilə bərabər müdirənin otağına da-xil oldu. T.Ş.Simurq. [Gilan qızı:] Küçə qa-pısı ağzında oturub müdirəmizin əri ilə danı-şırdınız. S.Hüseyn. Bağça müdirəsi dil-ağız etdi. M.İbrahimov.
MÜDİRİYYƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Bir idarenin, müessisenin, mektebin başda müdir olmaq üzre rehberlik eden yüksek orqanı; direksiya. Müdiriyyətə müraciət etmək.
Nəhayət, nə müəllimlər, nə sinif rəhbəri, nə də müdiriyyət [Varisin] başıpozğunluğunun qarşısını ala bilmədiklərindən məktəbdən qovuldu. A.Şaiq. [Vezirbeyli] çox cəhətdən müdiriyyətin işini bəyənmirdi. Mir Celal.
MÜDİRLİK : Azerbaijani Explanatory Dictionary
is. Müdir vezifesi. Müdirlik-dən çıxarılmaq.
[Uğurlu:] Mən öz müdirlik yerimi Əmiraslan babaya verirəm. S.Rehimov. // Bax müdiriyyət.
MÜDRİK : Azerbaijani Explanatory Dictionary
sif. [ər.]
Derin derrakeli, çox ağıllı, çox derin düşünen; aqil, dünyagörmüş; anlayan, derk eden, kamala yetmiş, yetişmiş. Müdrik adam. Müdrik filosof.
[Meryem:] Diribaş, müdrik, həmişə şad qız indi qeyri-təbii bir halda ciddiləşmişdi, vaxtsız qocal-mışdı. çemenzeminli.
Derinmenalı, hikmetli, derinfikirli, ağıllı. Müdrik məsəllər. Müdrik söz.
Qəhrəman dəryazçı ilə görüşüb aralandı və xalq hikmətinin müdrik mənasını təqdir etdi. S.Rehimov.
MÜDRİKCƏSİNƏ : Azerbaijani Explanatory Dictionary
sif. ve zərf Müdrik kimi, ağıllıcasına. Müdrikcəsinə söyləmək. Müdrik-cəsinə məsləhət.
MÜDRİKLİK : Azerbaijani Explanatory Dictionary
is.
Böyük ağıl ve derrake sahibi olma; aqillik. [Zeyneb] diribaşlığı və müdrikliyi ilə ata-anasının heyrətinə səbəb olardı. çemenzeminli.
Derinmenalılıq, hikmetlilik. Sözün müd-rikliyi.
MÜƏLLİF : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Ədebi, bedii, elmi ve başqa eser yazan ve ya tertib eden adam. Kitabın müəllifi. M.F.Axundzadə bir neçə ko-mediyanın müəllifidir.
C.Cabbarlının ilk pyeslərindən olan "Nəsrəddin şah" da gənc müəllifin maraqlı əsərlərindəndir. M.Arif. "Azərbaycan" qəzeti
. yeni-yeni müəlliflərin məqalə və çıxışlarını dərc edir. M.İbrahimov. // Layihe, ixtira yaradan adam. [Behlul:] Mənə elə gəldi ki, bütün qurğuların müəllifi Nicat-dır. B.Bayramov.
MÜƏLLİFLİK : Azerbaijani Explanatory Dictionary
is. Bir eserin müeyyen müellife aid olması. Müəlliflik şəhadətna-məsi. Müəlliflik hüququ.
MÜƏLLİM : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Mektebde her han-sı bir fenden ders deyen adam. Azərbaycan dili müəllimi. Tarix müəllimi. □ Müəllimlər otağı
mektebde müellimler üçün ayrılmış otaq. Tənəffüs zəngi vurulan kimi Tərlan si-nifdən çıxdı, o biri yoldaşlarından əvvəl müəl-limlər otağına gəldi. M.Hüseyn. Qoca arvad oğlunun qolundan yapışaraq qorxa-qorxa müəllimlər otağına daxil oldu. S.Rehman. // Nesihet veren, öyüd veren, öyreden, ağıl veren.
Hörmet üçün adlara qoşularaq deyilir.
Her hansı sahede nüfuz sahibi olan, baş-
qalarına tesir eden, nümune ola bilen adam;
ustad. Nizami Füzulinin müəllimidir.
MÜƏLLİMƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Qadın müellim. So-nanın ibtida müəlliməsi nəhayətdə də ağıllı və pedaqoji elminə qabil bir arvad idi. N.Neri-manov. Atasını görməmişdi körpə Əmirxan; Anasısa bir ağsaçlı müəlliməydi. S.Vurğun.
MÜƏLLİMLİK : Azerbaijani Explanatory Dictionary
is. Müellim vezifesi,
müellim seneti, işi. Müəllimlik etmək. Müəl-limliyi bacarmaq.
çoxları sair qulluqdan müəllimliyə keçməyə meyil və rəğbət göstə-rərlər. F.Köçerli. Əjdər
. öz doğma kənd-lərinə müəllimliyə getmişdi. Ə.Memmedxanlı.
MÜƏMMA : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Menası gizli, çetin anlaşılan, üstüörtülü, qaranlıq söz, mesele, şekil ve s. Bu sözlər Məcidin ürəyinə yağ kimi yayılırdı və onu çətin bir müəmmanın həllin-dən azad edirdi. B.Talıblı. [Hidayet] üçün heç bir müəmma, açılmaz düyün qalmamışdı. B.Bayramov. // məc. Anlaşılmaz sirr, helli çetin mesele, şey. Bu lap müəmmadır ki...
ədəb. Herf ve reqemlerle ifade olunan klassik şeir formalarından biri; menzum tap-maca. Füzulinin müəmmaları.
Sirri-dəhəni-yarı, könül, axtar, özün tap; Söz yox ki, açıb şəxsə müəmmanı deməzlər. S.Ə.Şirvani.
MÜƏMMALI : Azerbaijani Explanatory Dictionary
sif. Müemması olan, aydın olmayan, üstüörtülü, başa düşülmeyen, na-melum, sirli, anlaşılmaz, qaranlıq. Müəmmalı söz. Müəmmalı (z.) danışmaq. Müəmmalı iş.
- QüdrətLalənin başqa, daha ciddi və müəm-malı bir səbəbdən bu cür tutqunlaşdığını duymamış deyildi. M.Hüseyn.
.Abdulla bu qıza müəmmalı bir meyil salmağa başlamışdı. B.Bayramov.
MÜƏMMASIZ : Azerbaijani Explanatory Dictionary
sif. Müemması olmayan; aydın, açıq, aşkar. Müəmmasız (z.) danışmaq.
MÜƏNNƏS : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Əreb qrammatikasında: qadın cinsi.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani