Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
MÜXBİR : Azerbaijani Explanatory Dictionary

[ər.]
is. Yerlerden xeber yığıb gönderen qezet, jurnal, radio, televiziya ve başqa melumat orqanı işçisi. Hərbi müxbir. Xüsusi müxbir.
Oxuculardan təvəqqə edi-rəm ki, müxbirimiz Mozalanbəyin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. C.Memmedquluzade. [Şerif:] Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin! C.Cabbarlı.
sif. köhn. Xeberi olan, xeberdar, baxe-ber. [Cahangir bey:] Əhvalatdan müxbirəm, ərizələr sabah hazır olar. N.Vezirov. [Meh-reli bey:] Görünür, əhvalatdan müxbir de-yilsiniz. S.S.Axundov. □ Müxbir etmək köhn.
hadiseni demek, bildirmek, haqqında melumat vermek, xeberdar etmek. çox danı-şıqdan sonra [Usta Ağabala] arvadını işdən müxbir etdi. çemenzeminli. Müxbir olmaq köhn.
xeberdar olmaq. Əhli-şəhər Hacı Xəlilin vəfatından müxbir olub cəm oldular onun evinə. Ə.Haqverdiyev. [Reşid:] Dərhal Qurbanqulu əhvalatdan müxbir olub, ərizəni şəhərə aparıb vəkillərə verməyi öhdəsinə gö-türdü. T.Ş.Simurq.

MÜXBİRLİK : Azerbaijani Explanatory Dictionary

is.
Müxbirin işi, vezifesi.
Müxbirlik həvəsi məni rahat qoymadı. B.Bayramov.
Xeberdarlıq, melumatı olma, xeberdar olma.

MÜXƏLLƏFAT : Azerbaijani Explanatory Dictionary

is. [ər. "müxellef" söz.
cemi] Ev şeyleri, ev avadanlığı. [Oğlanın ata-sından qalma]
. mis qab-qacaqları və ev mü-xəlləfatı var imiş. S.Hüseyn.

MÜXƏMMƏS : Azerbaijani Explanatory Dictionary

is. [ər.] ədəb. Her biri beş misradan ibaret klassik şeir forması; beşlik. Vaqifin "Görmədim" rədifli müxəmməsi.
Gəl danışma müxəmməsdən, qəzəldən; Şeri-həqiqətdən, mədhi-gözəldən. M.V.Vidadi. Nə qədər söyləsəm sənin şanına; Yaraşar mü-xəmməs, qəzəl, sevdigim! M.P.Vaqif.

MÜXƏNNƏS : Azerbaijani Explanatory Dictionary

sif. ve is. [ər.] Alçaq, na-merd, qorxaq. Igid ölər, adı qalar, müxən-nəsin nəyi qalar? (Ata. sözü). Müxənnəsdir qorxan bir qaşıq qandan. Q.Zakir. Ələsgər, mətləbin tanrıdan istə; Kərəm olmaz müxən-nəsdən, xəsisdən. Aşıq Əlesger.

MÜXƏNNƏSLİK : Azerbaijani Explanatory Dictionary

is. Alçaqlıq, namerdlik,
qorxaqlıq.

MÜXƏNNƏT : Azerbaijani Explanatory Dictionary

[ər. "müxennes"den] bax müxənnəs. Mərd igidlər müxənnətdən seçil-sin; Qarı düşmən dərələrə tökülsün. "Kor-
oğlu".

MÜXTƏLİF : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Bir cür olmayan, cürbecür, növbenöv, növ-növ, dürlü-dürlü. Müxtəlif rənglər. Müxtəlif şeylər.
Müxtəlif səslər bir-birinə qarışır. S.Rehimov. // Başqa-başqa, ayrı-ayrı, bir-birine uymayan, bir-biri ile düz gelmeyen. Müxtəlif xasiyyətlər. Müx-təlif rəylər. Müxtəlif fikirlər.

MÜXTƏLİFCİNSLİ : Azerbaijani Explanatory Dictionary

sif. Bir cinsden ol-
mayan, cinsleri müxtelif olan, başqa-başqa cinslerden töremiş. Müxtəlifcinsli heyvanlar. Müxtəlifcinsli metallar.

MÜXTƏLİFLİK : Azerbaijani Explanatory Dictionary

is. Bir cür, bir çeşidde
olmama; başqa-başqalıq, cürbecürlük. Adam-ların görkəmində qəribə bir müxtəliflik vardı. B.Bayramov.

MÜXTƏLİFMƏNALI : Azerbaijani Explanatory Dictionary

sif. Menaları müx-
telif olan, cürbecür mena ifade eden. Müx-təlifmənalı sözlər.

MÜXTƏLİFNÖVLÜ : Azerbaijani Explanatory Dictionary

sif. Müxtelif növler-den ibaret olan, cürbecür olan.

MÜXTƏLİFÖLÇÜLÜ : Azerbaijani Explanatory Dictionary

sif. ölçüsü müxtelif olan, cürbecür ölçüde olan. Müxtəlifölçülü borular.

MÜXTƏLİFRƏNGLİ : Azerbaijani Explanatory Dictionary

sif. Rengi müxtelif olan, cürbecür rengde olan; rengbereng. Müx-təlifrəngli çit. Müxtəlifrəngli kart kağızı.

MÜXTƏLİFSƏSLİ : Azerbaijani Explanatory Dictionary

sif. Sesleri müxtelif
olan, müxtelif sesler ifade eden. Müxtəlif-səsli samitlər.

MÜXTƏLİFTƏRƏFLİ : Azerbaijani Explanatory Dictionary

ax müxtəlifyanlı.

MÜXTƏLİFYANLI : Azerbaijani Explanatory Dictionary

sif. riyaz. Müxtelif
yanları olan; müxtelifterefli. Müxtəlifyanlı üçbucaq.

MÜXTƏS : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] köhn. Yalnız bir adama ve ya bir şeye mensub olan.

MÜXTƏSƏR : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Tefsilatsız, yığ-cam, qısa (müfəssəl ziddi). Müxtəsər məlu-mat. Müxtəsər məktub. // Zerf menasında. Bir açıq kağız alıb kəndimizə, Molla Cəfər rəfiqimizə müxtəsər yazdım. C.Memmed-quluzade. Cavad öz döyüşçülərini ətrafına toplayaraq müxtəsər bir söhbət apardı. Ə.Veliyev. □ Müxtəsər etmək (eləmək)
uzatmamaq, qısaltmaq, qısa elemek, tez qur-tarmaq. Tulani şikayətlər edərdin bizə, Seyyid; Bəs ol şahi görcək nə üçün müxtəsər etdin? S.Ə.Şirvani. [Molla Kazım:] Müxtəsər elə, görürsən xalq məəttəldir. Ə.Haqverdiyev. [Əhmed:] Bəli, əhvalat uzundur. Mən müx-təsər edirəm. T.Ş.Simurq.
Ucuz, aşağı (qiymet haqqında). [Keniz-
leri] qul alanlar çox müxtəsər qiymətə alır-
lar. M.S.Ordubadi.
dan. Tentenesiz, kiçik, balaca. Müxtəsər toy. Müxtəsər yığıncaq.
Ara söz meqamında
xülase, sözün qı-sası. Müxtəsər, qarı ayağa durdu. (Nağıl). Nə bir namə, nə bir qasid; Heç biri, müxtəsər, gəlməz. Q.Zakir. Müxtəsər, biz hər ikimiz Danabaş kəndinin sakiniyik. C.Memmed-quluzade. □ Müxtəsəri-kəlam köhn.
sözün qısası, xülase, müxteser. Müxtəsəri-kəlam, padşah əhvalatı danışanda əyyar bildi ki, də-dəsi budu. (Nağıl). Müxtəsəri-kəlam, bir belə ziyadə rəhmli padşahın təhti-əmrində zadə-ganlıq etmək nəhayət dərəcədə məlaləfza göründü. M.F.Axundzade.
0 Müxtəsər cümlə qram.
mübteda ve xeberden ibaret cümle.

MÜXTƏSƏRCƏ : Azerbaijani Explanatory Dictionary

zərf Müxteser suretde,
yığcam halda; qısaca. Müxtəsərcə məlumat vermək. Vəziyyətlə müxtəsərcə tanış etmək.
Rüstəm bəy müxtəsərcə olaraq babilik və bəhailik barəsində Əliyə məlumat verdi. çemenzeminli. // Sif. menasında. Müxtə-sərcə məktub. Müxtəsərcə cavab.

MÜXTƏSƏRƏN : Azerbaijani Explanatory Dictionary

zərf [ər.] Qısaca, yığcam, qısa şekilde, qısaldılmış halda.

MÜXTƏSƏRİ : Azerbaijani Explanatory Dictionary

ax müxtəsər
cü me-nada. Müxtəsəri, qoyurmusan mən də bu mək-təbə gedim? Ə.Nezmi. [Şofer:] Müxtəsəri, canımı dişimə tutub, birtəhər özümü qayığa saldım. M.Rzaquluzade.

MÜXTƏSƏRLƏŞDİRMƏ : Azerbaijani Explanatory Dictionary

"Müxteserleş-
dirmek"den f.is.
MüXTƏSƏRLƏŞDİRMƏKf. Müxteser et-
mek, azaltmaq, ixtisar etmek, yığcamlaşdır-maq, qısaltmaq.

MÜXTƏSƏRLİK : Azerbaijani Explanatory Dictionary

is. Müxteser şeyin halı;
yığcamlıq, qısalıq. Cavabın müxtəsərliyi.

MÜJDƏ : Azerbaijani Explanatory Dictionary

[fars.] bax muştuluq. Məni ol mahliqa yadına salmaz, bilirəm; Gündə bir müjdə ilə aldadır əğyar məni. S.Ə.Şirvani. [Zeyneb:] Ayıl, Leylim, ayıl, sənə müjdə gə-tirmişəm. Ə.Memmedxanlı.