Azerbaijani Explanatory Dictionary
MÜNDƏRİCƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Bax məzmun
ci menada.
.Təbriz xalqının gələcək və-ziyyəti Sərdar Rəşidin çar konsuluna verə-cəyi məlumatın mündəricəsindən asılı idi. M.S.Ordubadi. Tapdığın məktubu sadə, üs-lub və mündəricə etibarilə nağılvari yazıldığı üçün bir az gülməli kağızdı. Ə.Əbülhesen.
B a x mündəricat. Kitabın mündəricəsi.
MÜNDƏRİCƏLİ : Azerbaijani Explanatory Dictionary
sif. Mündericesi olan,
mezmunlu. Zəngin mündəricəli əsər.
MÜNDƏRİCƏSİZ : Azerbaijani Explanatory Dictionary
sif. Mündericesi olma-
yan, mezmunsuz. Indiyə kimi Meracın danı-şığının məntiqsiz, mündəricəsiz (z.) olacağını düşünən Bəhram indi onun danışığını dinlə-məyi qət etdi. Ə.Veliyev.
MÜNƏCCİM : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn.
Qedim za-manlarda ve orta esrlerde: Göy cisimlerinin veziyyet ve hereketine esasen gelecekden xeber vermek iddiasında olan şexs; astroloq. Bir gün lələ bütün münəccimləri cəmləyib, tas qurdurub, rəml atdırıb Məlikməmmədin bəxtinə baxdırdı. (Nağıl). [Celaleddin:] Onda mən cavan münəccim Mirzə Sədranı bir qara xəbərlə padşahın yanına göndərərəm. A.Şaiq.
Astronomun köhne adı.
MÜNƏCCİMBAŞI : Azerbaijani Explanatory Dictionary
is. köhn. Baş müneccim, baş astroloq. [Müneccimbaşı] Mirzə Sədrəd-din qibleyi-aləmin ziyarətinə müşərrəf olmaq istəyir bir vacib işdən ötrü. M.F.Axundzade. [Xace:] Qibleyi-aləm, qoca münəccimbaşı Mirzə Cəlaləddin hüzurunuza gəlmək istəyir. A.Şaiq.
MÜNƏCCİMLİK : Azerbaijani Explanatory Dictionary
is. Müneccimin işi, pe-şesi; astroloqluq (b ax münəccim
ci me-nada).
MÜNƏQQİD : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Tenqidçi.
.[Araz]
həyatın acı təcrübələrini dərindən tədqiq və təhlil etmiş olan bir münəqqid
. [kimi] ya-naşaraq hər şeyi incədən-incəyə düşündü. A.Şaiq. Mən uşaqlıqdan başlayıb bu günə qədər bütün həyatımı, münəqqidlər demişkən, "tənqidi surətdə" gözdən keçirtdim. Mir Celal.
MÜNƏQQİDLİK : Azerbaijani Explanatory Dictionary
is. Tenqidçilik.
MÜNƏVVƏR : Azerbaijani Explanatory Dictionary
sif. [ər.]
İşıqlı, nurlu, par-laq, rövşen. Cismindir münəvvər, ağü na-zikrək; Ol səmən sinəni mərmər eylədi.
M.P.Vaqif.
Ziyalı. Bu dil münəvvər bir adamın dü-şüncələrini ifadə etməkdən acizdir. çemen-zeminli. // İs. menasında. Keçən əsrin Azər-baycan münəvvərləri cəmiyyətin bədənini müayinə etdikdə onun pis bir xəstəliyə müb-təla olduğunu gördülər. M.İbrahimov.
0 Münəvvər etmək (eləmək)
1) işıq-landırmaq, işıq saçmaq, nurlandırmaq. Yəqin bil, ölərəm, şəbistanımı; Münəvvər etməsə cəmalın sənin. Aşıq Mirze Hesen; 2) məc. bezemek, bezek vermek, süslemek. [Hacı Ferec:] And olsun atamın ərvahına, səni mən qızıla, ləlü cavahirə münəvvər edərəm. N.Vezirov. Münəvvər olmaq
işıqlanmaq, nurlanmaq. Dəmbədəm şəmi-cəmalından münəvvər olmasa; Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana. Füzuli. Münəvvər ol-sun aləmlər; Görünsün mahtab, oxqay! Aşıq Saleh.
MÜNHƏSİR : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] köhn. klas. Yalnız bir şexs ve ya şeye hesr edilen, mexsus olan. Həqqa ki, həmin vücud birdir; Bir zatə vücud münhəsirdir. Füzuli. Birinci gecə söhbət Telli-nin əri İslamla olan əlaqəsinə münhəsir edil-mişdi. S.Hüseyn.
MÜNKİR : Azerbaijani Explanatory Dictionary
sif. [ər.]
köhn. Danan, inkar eden, etiraf etmeyen, qebul etmeyen; Allahı inkar eden, dinsiz, kafir. [Divanbeyi:] Mən belə münkir adam görməmişəm. M.F.Axund-zade. □ Münkir olmaq
Allahın varlığını inkar etmek, Allahı danmaq. Kərəmin ömrünü sən verdin zaya; Münkir oldun, üz tutmadın xudaya. "Əsli ve Kerem".
İslam dinine göre guya ölüleri qebirde sorğu-suala tutan iki melekden biri (digeri: nekir).
MÜNSİF : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] Mübahiseli bir mese-leni ve ya işi hell etmekde vasiteçi olan şexs. Bizim aramızda münsif tapılsın; And içmişəm, bu gün döyüş olmasın! "Koroğlu". Münsif haqqa haqq, batilə batil söyləsəydi; Əlbəttə ki, nahaq söyləyən şəxs utanardı. M.Ə.Sabir. Həmişəyev münsif rolunu dərhal götürdü. B.Bayramov. □ Münsif olmaq
her iki te-refin mübahiseli meselesini hell etmek üçün vasiteçi olmaq, miyançılıq etmek, araçılıq et-mek. [Atabala:] Ay adamlar, siz münsif olun, bu quyuya düşüb işləmək olarmı? A.Şaiq.
0 Münsiflər heyəti
müsabiqelerde, ya-rışlarda, sergilerde ve s.-de mükafat teyin eden mütexessisler heyeti; jüri. Münsiflər heyəti hazırlıq iclasında bu qərara gəlir ki, özfəaliyyət dərnəyi üzvləri işə pis girişməyib-lər. Ə.Veliyev.
MÜNSİFLİK : Azerbaijani Explanatory Dictionary
is. Münsifin gördüyü iş, mün-sif olma. [Yalançaq] yabısını zınqırovlar, ipək qotazlarla bəzər, arada bu baş-o başa çapıb öz yanında guya münsiflik edərdi. M.Rza-quluzade.
MÜNŞİ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Yazıçı, edib. Rusiya-nın ən məşhur ədibi və sevgili münşisi hesab olunan Anton çexovun bu iyul ayının ikisində vəfat etməsi
. bilxüsus hüznavər bir hadisə olduğu qəzetlərdə dərc olunan fəqərələrdən görünür. F.Köçerli.
MÜNTƏXƏB : Azerbaijani Explanatory Dictionary
is. ve sif. [ər.] köhn. Bir çox-ları arasından seçilmiş, beyenilmiş. Məhbubi-müntəxəb, bir alinəsəb; Qəmzəsində qəzəb, sən saxla, yarəb! M.P.Vaqif. // Başqaları ara-sından öz meziyyetleri ile seçilen, ferqle-nen.
.[Q.Zakir ve S.Ə.Şirvani] Azərbaycan şüəra və üdəbasının ən məşhuru və ən mün-təxəbi hesab olunur. F.Köçerli.
MÜNTƏXƏBAT : Azerbaijani Explanatory Dictionary
is. [ər. "müntexeb" söz. cemi] Müelliflerin, yazıçıların seçilmiş eser-lerinden ve ya onların hisselerinden ibaret ders vesaiti. Ədəbiyyat müntəxəbatı.
MÜNTƏZƏM : Azerbaijani Explanatory Dictionary
[ər.]
sif. Düzgün ve ardı-cıl, sistematik, sistemli, daimi. Müntəzəm ya-zışma.
.Müntəzəm qulluq Tapdığı
. ayağa qaldırdı. Ə.Əbülhesen. Bu sakitlik içində də-nizin dalğaları müntəzəm fasilələrlə
. qəribə səslə xarıldayırdı. M.Rzaquluzade.
zərf Düzgün ve ardıcıl suretde, daim, sistematik. İdmanla müntəzəm məşğul olmaq.
Hər şey kimi pambıq da müntəzəm və qay-ğılı becərmə tələb edir. İ.Əfendiyev. Bu "sə-yahətlər" Mehribanın müntəzəm təhsil alma-sına mane olurdu. H.Seyidbeyli.
B ax nizami 2 ve
cü menalarda. Mün-təzəm ordu.
Hamımız müntəzəm qoşun kimi sanki bir qala almağa gedirdik. A.Şaiq.
MÜNTƏZƏMLİK : Azerbaijani Explanatory Dictionary
is. Müntezem olma, ar-dıcıllıq, sistematiklik; müntezem şeyin halı. Vəzn musiqi səslərinin vaxt etibarilə dava-mında lazımi müntəzəmliyi təmin və təşkil edir. Ə.Bedelbeyli.
MÜNTƏZİR : Azerbaijani Explanatory Dictionary
sif. [ər.] Gözleyen, intizar içinde olan, intizarda qalan. Mən müntəzi-rəm verəm rəvacın; Bimar isə eyləyəm əlacın. Füzuli. Hərəmxanada cümlə hərəmlər şahın fərmayişi ilə otaqda hazır olub qüdumuna müntəzir idilər. M.F.Axundzade. [Hadi lele:] Cahangir ağa Cənnətəlinin evində sənin ca-vabına müntəzirdir. S.S.Axundov. Biçarə stu-dent xanımın çıxmağına müntəzir (z.) mağa-zanın qabağında gəzinməyə başladı. çemen-zeminli. □ Müntəzir qalmaq
intizarda qalmaq, nigarançılıqla gözlemek. Qalan yol-daşlar da tutdular bərə; Qaldılar müntəzir gələn səhərə. H.K.Sanılı. Müntəzir olmaq
nigarançılıqla gözlemek, intizar qalmaq, da-yanıb gözlemek. [Odabaşı:] Hacı Kamyab darvazaya çıxıb xanın gəlməyinə müntəzir oldu. Ə.Haqverdiyev. Müntəzir qoymaq
intizarda saxlamaq, nigaran qoymaq.
MÜNTƏZİRLİK : Azerbaijani Explanatory Dictionary
is. İntizar içinde qalma, nigarançılıqla gözleme, intizarda olma.
MÜRACİƏT : Azerbaijani Explanatory Dictionary
is. [ər.]
Birine üz tutub söylenilen söz, çağırış (ister şifahi, ister ya-zılı). Xalqa müraciət.
Xahiş, iltimas, rica. Məhəlli komitə, şöbə müdirinin
. müraciətini bir həftə təxirə uğrat-mışdısa da, yenə Zeynaldan bir xəbər çıx-mamışdı. S.Hüseyn. □ Müraciət etmək
1) üz tutub demek.
.Veys bu dəfə Qadirə mü-raciət elədi.. Ə.Əbülhesen. [Müellim:] Siz bu alətlə tanışsınızmı?
deyə sinfə müraciət edib soruşdu. Ə.Sadıq. Elçinin atası uşaqlara mü-raciət etdi. M.Rzaquluzade; 2) bir şey üçün şifahi ve ya yazılı şekilde birinden xahiş et-mek, yaxud yanına getmek. Həkimə müraciət etmək. Məktubla müraciət etmək.
[Nemet hakime:] Haqqımı müdafiə etmək üçün əda-lət qapısına müraciət edirəm. çemenzeminli. Zeynal ötəyə-bəriyə müraciət edib, sabiq xid-mətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn.
Geri dönme, qayıtma. □ Müraciət et-mək
1) dönmek, qayıtmaq. [Yusif] Usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzade; 2) məc. tarixi mövzu ve s.-den istifade etmek, onun haq-qında yazmaq. Keçmişə müraciət etmək.
"Vaqif"də Səməd Vurğun yaxın keçmişə müraciət edirsə, "Fərhad və Şiriri
də uzaq keçmişə, Nizami poemalarının əks etdirdiyi tarixə müraciət edir. M.Arif; 3) bir şeyi ve ya şexsi tapmaq üçün bir yere baş vurmaq.
B a x müraciətnamə.
MÜRACİƏTNAMƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər. müraciet ve
fars.
..name] Müraciet mezmunlu tebliğat vereqesi. Nümayişə bir gün qalmış fəhlələri nümayişdə iştirak etməyə çağıran böyük bir müraciətnamə çap olundu. M.M.S.Ordubadi.
MÜRAFİƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Mehkeme pro-sesi, mühakime, mühakime olunma, meh-keme. [Sekine xanım:] Hakimi-şər adam göndərib, mənə xəbər veriblər ki, vəkil tutub mürafiəyə göndərim. M.F.Axundzade.
MÜRASİLƏ : Azerbaijani Explanatory Dictionary
is. [ər.] köhn. Mektublaşma, yazışma, xeberleşme. □ Mürasilə etmək
yazışmaq, mektublaşmaq, xeberleşmek. [Meherrem Salmana:] Mənim şübhəli adam¬larla mürasilə etdiyim barədə pristav cənab-larına xəbər verirsənmiş... H.Nezerli.
MÜRCÜM : Azerbaijani Explanatory Dictionary
is. üzde, boğazın altında, bur-nun qabağında ve ya üstünde olan artıq et çıxıntısı. Gülyaz öz ərinin burnundakı mür-cümləri, boğazın altında çox adamın seçə bil-mədiyi çapığı görür, sıxılırdı. M.Hüseyn.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani