Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
NIDA : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Hiss, heyecan bildiren ses. Bu sözləri o, kövrək bir nida ilə deyər-kən Tahir söhbətə ara vermək və bir daha dostunun könlünə toxunmamaq istədi. M.Hü-seyn. Nisə xala!
deyə nida ucalanda qadın ətrafına baxındı. Mir Celal.
Seda, ses. Yetir itmamə kim, bu şeri Ha-tifdən nida gəldi. S.Ə.Şirvani. Sabahın bu ahəngdar musiqisini ordan-burdan ucalan insan bağırtıları, şeypur nidaları pozurdu. M.Rzaquluzade.
məc. Telaş, iztirab, heyecan. Zəkinin gözlərində bir sual, Məmmədbağırın da göz-lərində bir nida əlaməti vardı. S.Hüseyn. Onun danışığı da sual və nida ilə dolu ola-caqdı. Ə.Əbülhesen.
qram. Hiss, heyecan, arzu ve istek ve s. ifade eden, deyişilmeyen nitq hissesi; mes.: ax! ah! eh! urra! □ Nidaişarəsi
nida cüm-lelerinin sonunda, hemçinin nida ve xitab-lardan sonra qoyulan durğu işaresi (!). Sarı üçbucağın üzərində iri bir nida işarəsi görü-nür. Bu, şoferə xəbərdarlıqdır. Ə.Veliyev.

NIFAQ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Pozuşma, çekişme, ixti-laf; ikitirelik. [Mirze Heyder:] Yol bir, məq-səd bir, əqidə bir olduqda arada nifaq müm-kün deyil. Ə.Haqverdiyev. Kürdüstan dağ-larında bəslənmiş bu iki çiçək.. nifaqa səbəb oldu. S.S.Axundov. □ Nifaq düşmək
ara-ları pozulmaq, ixtilaf töremek, çekişme düş-mek, ikitirelik düşmek.
.Əmioğullarının ara-larına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun getməyinə izin verir. S.S.Axundov. Mollanəsrəddinçilər hər vasitə ilə olursa ol-sun din ayrı qardaşların arasına nifaq və ədavət düşməsinə yol vermək istəmirdilər. M.Ibrahimov. Nifaq salmaq (törətmək, et-mək)
arada ixtilaf, narazılıq, çekişme ya-ratmaq, ikitirelik salmaq. [Calal:] [O] indi bizi görəndə deyəcək ki, yenə uşaqlar orta-lığa nifaq salırlar. çemenzeminli.

NIFRƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Bir adama, işe, here-kete ve s.-ye qarşı derin ikrah, kin, narazı-lıq hissi.
.Qıza qarşı [Ruhnevaz xanımın] ürəyində anlaşılmaz bir nifrət əmələ gəldi. çemenzeminli. [Qehreman:] Mən [xanımın] hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. H.Nezerli. □ Nifrət etmək (bəsləmək)
zehlesi getmek, iyrenmek, acığı gelmek, görmek istememek, kin bes-lemek. Etmisən hüsn ilə bu aləmə şöhrət mən-dən; Yeri vardır edəsən axırı nifrət məndən. S.Ə.Şirvani.
.Vaxtilə Məhsəti xanımlara nif-rət bəsləyənlərin nəvələri öz babalarına nif-rət bəsləyəcəklər. M.S.Ordubadi. Nifrət yağ-dırmaq
acığını, qezebini, nifretini bildir-mek, kinli-kinli danışmaq. Müsafirələrin bir çoxu:
Bu dağılmışda heç vaxt sağlam bir hava görmədik,
deyə Culfa mühitinə nifrət yağdırırdı. M.S.Ordubadi.
Sonsuz qezeb, acıq, kin, lenet bildiren nida meqamında işlenir. Nifrət! Qan çanağı taclara nifrət! Var olsun azadlıq, bir də mə-həbbət! S.Vurğun.
Nifrətlə şeklinde zərf
nifret hissi ile, öz nifretini bildirmekle, hiddetle, son derece narazılıqla. Təklifi nifrətlə rədd etdi. Nifrətlə cavab vermək.

NIFRƏTAMIZ : Azerbaijani Explanatory Dictionary

sif. [ər. nifret ve fars.
..amiz] Nifret oyadan, nifrete sebeb olan. Nifrətamiz bir mənzərə. Nifrətamiz hərəkət. // Nifret bildiren, nifretle dolu, nifretli. Keç¬mişdə "millət" sözü bizim dilimizdə az işlə-nərdi və işləndikdə nifrətamiz bir mənanı ifadə edərdi. F.Köçerli. Hüseynağa qapıdaca Kə-rimə nifrətamiz bir nəzər saldı. M.Ibrahimov.

NIFRƏTƏŞAYAN : Azerbaijani Explanatory Dictionary

sif. [ər. nifret ve fars.
...şayan] Nifrete layiq, ancaq nifrete sebeb olan; pis, alçaq, menfur. Nifrətəşayan adam.

NIFRƏTLƏNDIRICI : Azerbaijani Explanatory Dictionary

sif. Nifret oyadan, nifret doğuran, nifret hissi oyadan; pis, alçaq. Nifrətləndirici hərəkət.

NIFRƏTLƏNDIRMƏ : Azerbaijani Explanatory Dictionary

"Nifretlendirmek"-den f.is.

NIFRƏTLƏNDIRMƏK : Azerbaijani Explanatory Dictionary

f. Nifret oyatmaq, nifret doğurmaq, ikrah etdirmek. [Uşaqlar]
"atacan"
deyə onun üstünə gələndə, onları döyüb özündən nifrətləndirirdi. I.Musabeyov.

NIFRƏTLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Nifretlenmek"den f.is.

NIFRƏTLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f. Nifret etmek, zeh-
lesi getmek, acığı gelmek, qetiyyen xoşla-mamaq. [Əbülhesenbey:]
.Mən qızların bu adi və ani sevişindən olduqca nifrətlənirdim.
M.S.Ordubadi.

NIFRƏTLI : Azerbaijani Explanatory Dictionary

sif. Nifret doğuran, menfur, iyrenc.

NIFRIN : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Lenet, beddua, qarğış. [Qulu:] Heç hara qaçmaz, arxayın ol və o pulları salamat yeyə bilməyəcək, o qədər ki, nifrin ona olunur. N.Vezirov. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvad-larının qarğış və nifrini kəndlə bir olmuşdu. çemenzeminli. □ Nifrin etmək (yağdır-maq)
lenetlemek, beddua etmek, qarğış-lamaq. [Hatemxan ağa:]
.Mənə Allah lənət etsin, əgər ona nifrin edib, onu oğulluqdan çıxartmasam. Ə.Haqverdiyev. [Senuber] bəlkə də var qüvvəsilə nifrin yağdırmaq, lə-nətləmək istədi. B.Bayramov.

NIGAH : Azerbaijani Explanatory Dictionary

is. [fars.] klas. Baxış, baxma, ne-zer. Həsrətli nigah. Şəfqətli nigah.
Qərəzin can isə bir tünd nigahın bəsdir; Heyfdir, atma oxun, hər biri min canə dəyər. Q.Zakir. Düş-dükcə o istəkli səmtə nigahım; Əflakə ucaldı o zaman şöleyi-ahım. A.Sehhet. □ Nigah etmək (qılmaq)
baxmaq, nezer salmaq. Nərgis gözünə nigah edərdi; Yarın gözün anıb, ah edərdi. Füzuli. Mən bir güləgən adəmiyəm bax bu mühitin; Sən gülmə, düşün, canına diqqətlə nigah et! Ə.Nezmi.

NIGAHBAN : Azerbaijani Explanatory Dictionary

is. [fars.] klas. Gözetçi, ke-şikçi, qarovul. Qeyrətü şənimi hifzində nigah-ban edərəm; Bir gün öz canımı hətta sənə qurban edərəm. M.Ə.Sabir. Sanma ki, bir ləhzə keşikçim yatır; Fikri qalıb məndə nigah-banımın. A.Sehhet.

NIGAR : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Əsil menası "resm", "şekil", "suret" olub, şeirde mecazi olaraq "gözel", "mehbube" menasında işlenir.
Yox,
dedim!
Bir dayan! Hələ sözüm var; Gəl mənə bir danış, ey nazlı nigar! S.Vurğun. Bir yay aldım çıxmaq üçün şikarə; Tuş gəl-dim bir ahugözlü nigarə. M.Müşfiq.

NIGARAN : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf [fars.] Teşviş içinde, rahatsız, heyecanlı, iztirablı, narahat. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. "Koroğlu". [Soltan bey:] Balam, o uşaqlar evdə tək qaldılar, nigarandırlar. ü.Hacıbeyov. [Mirze Memmedqulu:] Məşədi Qulamhüseyn, mən evdən çox nigaranam. C.Memmedqulu-zade. □ Nigaran qalmaq
bir adamın ve ya bir işin terefinden narahat olmaq, teşvişde qalmaq. [Qönçe:] Cavad, nə üçün nigaran qa-lırsan? Mənim üç gün burada qalmağımın nə zərəri var? B.Talıblı. [Semed kişi:] Ay Rüstəm, sən Allah, bircə evə xəbər ver ki, Şah-muradı şəhərə apardım, nigaran qalmasın-lar.. T.Ş.Simurq. Nigaran qoymaq
teş-vişe salmaq, rahatsız etmek, narahat etmek.
.Tapdıq öz dostunu heç vaxt nigaran qoy-mazdı. Ə.Əbülhesen. Bu cavab Salamı
. daha da nigaran qoydu. Mir Celal. Nigaran ol-maq
bax nigaran qalmaq. [Gülsüm xala:]
.Canım sənə qurban, ay bala, bilmirsən nə qədər səndən nigaran olmuşam? E.Sultanov. [Ataş] əmisindən nigaran olduğu kimi, əmisi oğlanlarından da çox incimişdi. Ə.Veliyev.

NIGARANÇILIQ : Azerbaijani Explanatory Dictionary

is. Nigaran hal, narahat veziyyet, narahatçılıq. Nigarançılıq çəkmək. Nigarançılıq keçirmək.
.Son həftələr Uldu-zun gözlərinə böyük bir nigarançılıq kölgə salmışdı. Ə.Memmedxanlı. Ata, ana, Zöhrə böyük nigarançılıq içində idilər. Cavadın evə gəlməsi ilə bu nigarançılıq götürüldü. Ə.Veliyev.

NIGARANLIQ : Azerbaijani Explanatory Dictionary

ax nigarançılıq. Dör-düncü məclis Şölə xanımın otağında vaqe olur. Şölə xanım və Nisə xanım qayət niga-ranlıqla oturublar. M.F.Axundzade. Səkinə
.
uzun intizar və nigaranlıqdan silkinərək evə qayıtdı. Mir Celal.

NIHAN : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] klas. Gizli, mexfi, örtülü; gizli saxlanmış. Varımdı sinədə dərdü-qəmi-nihan, ölürəm.. X.Natevan. Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim? C.Cabbarlı. □ Nihan etmək (eyləmək)
gizletmek, gizli saxlamaq, üstünü örtüb gizlemek.
.Əql uçar başdan, ürək oynar, cəsəddən can çıxar; Göz ucuyla hər kimə eylər nihan ima pəri! M.P.Vaqif. Nihan olmaq
gizlenmek, itmek, görünmez olmaq. Cəmalın gözümdən nihan olalı; İstərəm baxmayım dünyayə, Pəri! M.P.Vaqif. Günəşin axırıncı zərrələri; üfü-qün arxasında oldu nihan. C.Cabbarlı. Nihan saxlamaq (tutmaq)
gizli saxlamaq, mexfi saxlamaq, gizletmek, heç kese bildirmemek. Tənha səfər etmə, gəl apar canımı, əmma; Bu sirri nihan saxla, məbada bilə zülfün.
M.Ə.Sabir.

NIHILIST : Azerbaijani Explanatory Dictionary

[lat. nihil
heç ne]
XIX esrin
cı illerinde Rusiyada: zadegan cemiyye-tinin enene ve adetlerine, tehkimçiliye qarşı menfi münasibet besleyen raznoçin ziyalı.
Hamının qebul etdiyi norma, qayda ve qanunlara, prinsiplere menfi münasibet bes-leyen adam; ifrat skeptik.

NIHILISTCƏSINƏ : Azerbaijani Explanatory Dictionary

zərf Nihilist kimi; heç
bir norma, prinsip, enene qebul etmeyerek. Məsələyə nihilistcəsinə yanaşmaq.
[Se-mire:] Yox, Rima! Sən nahaq yerə adamlara bu cür nihilistcəsinə yanaşırsan. M.Hüseyn.

NIHILIZM : Azerbaijani Explanatory Dictionary

[lat.]
XIX esrin
cı il-lerinde Rusiyada: burjua-zadegan enene ve adetlerine, tehkimçilik ideologiyasına menfi münasibet besleyen mütereqqi ictimai ce-reyan.
Heç bir enene, qayda-qanun, prinsip qebul etmeme. [Celil Memmedquluzade] kosmopolitizm və milli nihilizmə nifrət edirdi. M.İbrahimov.

NIJAD : Azerbaijani Explanatory Dictionary

is. [fars.] köhn. Nesil, neseb, soy. Nijadın sual eylədipəhləvan. M.Ə.Sabir.

NIKAH : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Kebin, izdivac, evlenme-nin qanuni şekle salınması. [Arvadların] hər birisi ki, razı olsa ona dübarə Abbas Mə-həmməd oğluna nikah oxuna və kəbin kağızı yazıla və hər birisi ki, razı olmasa, haman saat buraxıla.. M.F.Axundzade.
.Bu nikah
hər babətdən dayımın nəslinə xoş iqbal bəxş edəcəkdir. C.Memmedquluzade. □ Nikah etmək (oxutmaq)
kebin kesdirmek. Qo-çaq və işgüzar qızlardan olduğuna [göre] qayınatası Mələkdən əl çəkməyib on üç ya-şında kiçik oğluna nikah etdi. A.Divanbey-oğlu. [Imran:] Yoxsa qoca kaftar güc ilə Gül-zarın nikahını oxutdu?! S.S.Axundov. Nikah kəsmək
kebin kesmek. [Hemze:] Səriyyə, bilirsən nə var? Səni Qurbana vermişəm. Bu gün nikah kəsməyə gedəcəyik. C.Cabbarlı. Ikinci axşam da əlində Quran; Kəsdi nikahını bir uzun qazı. S.Vurğun.

NİKAHLANMA : Azerbaijani Explanatory Dictionary

"Nikahlanmaq"dan f.is.