Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
NOVBƏLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

f. Növbe ile biri digerini
evez etmek, ardıcıl deyişilmek, bir-birinin ardınca gelmek. Dastan şeirlə nəsrin növbə-ləşməsi prinsipinə əsaslanır.

NOVBƏLI : Azerbaijani Explanatory Dictionary

sif. Növbe ile olan, növbeye esaslanan. □ Növbəli əkin
ekinçilikde: denli bitkilerin, otların ardıcıl suretde evez-lenmesi üsulu.

NOVBƏNOV : Azerbaijani Explanatory Dictionary

sif. Cürbecür, her cür, müx-telif. Süfrədə növbənöv yeməklər var. Onun növbənöv paltarları var.
Hacının sərvəti haqqında növbənöv hekayələr söylənirdi və onun banklarda olan pulunun qədərini mil-yon hesab edirdilər. Ə.Haqverdiyev.

NOVBƏSIZ : Azerbaijani Explanatory Dictionary

zərf Növbe gözlemeden, növ-bedenxaric, növbedenkenar. Növbəsiz içəri girmək. Növbəsiz bilet almaq.

NOVBƏT : Azerbaijani Explanatory Dictionary

ax növbə. Bir gün növbət Mir-zəyə gəlmişdi. Ə.Haqverdiyev.
.Gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər, növbət gəlinə gəldi. çemenzeminli.

NÖVBƏTÇI : Azerbaijani Explanatory Dictionary

is.
Növbede durub qarovul çeken; keşikçi, qarovulçu. Növbətçi postu.
Sarxan dəmiryol stansiyası növbətçisinin evin-dən çıxıb aşağı endi. M.Hüseyn. Təpənin lap üstünə çatarkən növbətçidən bir əsər görmədi. H.Nezerli.
sif. Növbe ile her hansı bir xidmeti ve-zifeni yerine yetiren. Növbətçi həkim. Növ-bətçi müəllim. Növbətçi əsgər.
.Əvvəl növ-bətçi əsgər; Bir qədər heyrət edir. R.Rza. // İs. menasında. Keçirdiyi həyəcanı növbətçiyə sezdirməmək üçün jiletinin cibindən zəncirli saatını çıxardıb baxdı və astaca addımlarla dəhlizə yaxınlaşdı. İ.Şxlı.

NÖVBƏTÇILIK : Azerbaijani Explanatory Dictionary

is.
Növbede olma, növ-
bede durma. Növbətçiliyini bitirmək.
Növbetçinin vezifesi, işi.

NÖVBƏTI : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Növbede olan, növbe üzre, birinci, en yaxın olan. Növbəti məsələ. Növbəti vəzifə.
Diktor, qocaman ifaçının adını xüsusi bir məhəbbətlə çəkərək konser-tin növbəti nömrəsini elan edir. Ə.Bebelbeyli.
Müeyyen edilmiş vaxtda ardıcıl olaraq baş veren, müeyyen ardıcıllıqla olan, növbe üzre icra edilen, sıra ile geden. Növbəti mə-zuniyyət. Məcmuənin növbəti nömrəsi. Növ-bəti çağırış.
Ulduzun həyatındakı bu qəribə gecədən üç gün sonra, o, növbəti döyüşçünü atəş altından çıxarırkən birdən onun qolları sustaldı. Ə.Memmedxanlı. Növbəti məşğələ-lərdən biri idi. Ə.Veliyev.
dan. Vaxtbavaxt baş veren, meydana çıxan (iş, hereket). Bu onun növbəti oyun-larından biridir.

NÖVCAVAN : Azerbaijani Explanatory Dictionary

sif. ve is. [fars.] Yeniyetme, genc. Olüm həqdir, əmma növcavan ölmək nə müşküldür. M.V.Vidadi. Gözlərindi nər-gis, qaşlarındı yay; Heç növcavan ola bilməz sənə tay. Q.Zakir.

NÖVHƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Hava ile ölüye oxunan hüznlü şeir, matem neğmesi; mersiye. Növhə başlandı.
Hüseynəli sinəsini açıb başladı növhənin havası ilə şart-şart sinəsinə çırp-mağa. Ə.Haqverdiyev.

NÖVHƏXAN : Azerbaijani Explanatory Dictionary

is. [ər. növhe ve fars.
..xan] Növhe oxuyan, növhe deyen: mersiyexan. Məşədi Kazım ağa minbərin dibində növhə və fərd oxumaq üçün Təbrizin gözəl səsli gənc növhəxanlarını dəvət etmişdi. M.S.Ordubadi.

NÖVHƏXANLIQ : Azerbaijani Explanatory Dictionary

is. Növhexanın işi, peşesi; mersiyexanlıq. Hacılar cümlə növhəxanlıqda; Məşədilərsə canfəşanlıqda. M.S.Ordubadi.

NÖVLƏŞDIRILMƏ : Azerbaijani Explanatory Dictionary

"Növleşdirilmek"den f.is.

NÖVLƏŞDIRILMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Növlere ayrıl-
maq, növler üzre seçilmek.

NÖVLƏŞDIRMƏ : Azerbaijani Explanatory Dictionary

"Növleşdirmek"den f.is.

NÖVLƏŞDIRMƏK : Azerbaijani Explanatory Dictionary

f. Növlere ayırmaq.
Taxılı növləşdirmək.
NöV-NöVbax növbənöv. Xülasə, qalan yüz on beş kağız da bu məzmunda növ-növ iftira və yalan! C.Memmedquluzade. Kitab da növ-növdür insanlar kimi; Bədsifət, acıdil olur bir çoxu. S.Vurğun.

NÖVRAQ : Azerbaijani Explanatory Dictionary

is. [ər. "rövneq" sözünün tehrif forması] Bezek, yaraşıq, letafet, gözellik, parlaqlıq. Qar tutub Şah dağını; Don vurub növrağını; çəkilib tülək tərlan; Sar alıb ovla-ğını. (Bayatı). // Mec. menada. Gül büsatı, gül əndamı, gül üzü; Mənim üçün hər növrağı şi-rindir. Aşıq Əlesger.
0 Növraq dönmək
zemane deyişmek, evvelki işlerden iz qalmamaq. [Qarı:] Növ-raq gör necə dönüb, a qız, qədim əyyamlar-da çapqınçılığa, özü də harda, çöldə, kənd-kəsəkdə gecə çıxardılar. Ə.Əbülhesen.

NÖVRƏS : Azerbaijani Explanatory Dictionary

sif. [fars.]
Yeni yetişmiş, teze, novbar. Növrəs meyvə.
B a x növrəstə. Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə. Füzuli.

NÖVRƏSIDƏ : Azerbaijani Explanatory Dictionary

[fars.]
Bax növrəstə. Növrəsidə, on üç, on dörd yaşında; Eyb ol-maya kirpiyində, qaşında. M.P.Vaqif. Məgər heç düşünməz qəbahətini? Gedib növrəsidə cəvanə sevər. Q.Zakir.

NÖVRƏSTƏ : Azerbaijani Explanatory Dictionary

sif. [fars.] Heddi-büluğa yet-
miş, cavan, genc. Növrəstə qız. Növrəstə oğ-lan.
Onda görürsən yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. [İskender bey:] Xala, sən nə diribaş qarısan? Mənə nə verərsən, sənə bir elə dava verim ki, növrəstə cavan olasan? N.Vezirov.

NÖYÜT : Azerbaijani Explanatory Dictionary

is. dan. bax neft. [Qaçay:] üç gündür Mirzə Cəmil nöyüt vermir, stansiyada da tapmırıq. Ə.Veliyev.

NUBIYALI : Azerbaijani Explanatory Dictionary

is. Nil çayı (Afrika) sahillerinde yaşayan xalq ve hemin xalqa mensub olan adam.

NUH : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Peyğemberlerden birinin adı. Nuhun gəmisi.

NUQA : Azerbaijani Explanatory Dictionary

is. [fr.] Şeker ve qozdan hazırlan-mış şirniyyat növü; qennadı memulatı.

NUMIZMÄTIK : Azerbaijani Explanatory Dictionary

[latıncadan] Numizma-tika mütexessisi; qedim sikkeleri ve medal-ları yığan ve tedqiq eden alim.