Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
NUMIZMÄTIKA : Azerbaijani Explanatory Dictionary

[lat. numisma
pul] Qedim sikke ve medalları toplayıb tedqiq eden elm. [Semender:] Isi dayı, siz özünüz numizmatikadan yaxşı baş çıxarırsınız. B.Bayramov.

NUN : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Əreb elifbasında "tl)" şek-linde yazılan herfin adı. // məc. Klassik şeirde gözelin qaşları bu herfe
qövse oxşadılır. Qaşın bir nundur, çəkmiş qəza qüdrətdən.
M.V.Vidadi.
0 Qəddi nun olmaq
bax qəddi bükül-
mək ("qədd"de).

NUR : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Aydınlıq, işıq. Günəşin nuru ətrafı işıqlandırmışdır.
Yaz mövsümü endikcə səmadan yerə axşam; Gün nuru verir dağlara min rəngi-dilara. A.Sehhet. çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tar-lada cüt şur ilə. M.Ə.Sabir. Göy üzü damar-damar; Göydən yerə nur damar. (Bayatı). □ Nur almaq
bax nurlanmaq. Nur saç-maq (səpmək, tökmək)
işıq vermek, işıq-latmaq, ziya saçmaq, parlatmaq. Gecəki ya-ğışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar
. parıl-parıl parıldayır, ətrafına incə telli nurlar saçırdı. A.Şaiq. Gö-yün altun saçlı qızı nur saçar; Insanların tut-qun könlünü açar. H.Cavid. Nura boyamaq (qərq etmək)
işıqlandırmaq, işıq saçmaq, parlatmaq, şefeqlendirmek. Nura boyanmaq (qərq olmaq)
her teref aydınlıq, işıq içe-risinde olmaq, şefeq vermek, parlamaq. çil-çıraqlar üstə yanır ağ şamlar; Möhtəşəm sütunlar nura boyanır. S.Vurğun. Günəş çox-dan doğmuş, ətrafı nura qərq eləmişdi. Ə.Veliyev.
məc. Maarif, aydınlıq, tereqqi simvolu kimi işlenir. Elm bir nur, cəhl zülmətdir; Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani. Bir gün eşitdim ki, "Nicat" az qalır yer üzünün cəmi müsəlmanlarının qara qəlblərinə maarif nuru ilə nicat versin. C.Memmedquluzade.

NURANI : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Nurlu, işıqlı, aydın.
məc. Hörmetli, hörmete layiq, müqed-des simalı, üzünden nur yağan. Nurani qoca.
Bahadır o nurani kişini unutsa da, özünün bu qədər gücsüz qələmə verilməyinə razı olmadı. M.Hüseyn. [Buğac:] Burada bihuş yatarkən, ağsaçlı, ağsaqqallı nurani bir pir,
. mənə meydanda ad verən o qoca ozan gözümə gö-ründü. M.Rzaquluzade.

NURANILIK : Azerbaijani Explanatory Dictionary

is. Nurani ve hörmete layiq adamın halı. Beləliklə, günlər gəlib keçir.
Mirzə Valehin dən düşmüş saqqalı dümağ olur, ətrafa bir nuranilik saçırdı. S.Rehimov.

NURƏLƏNNUR : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Lap işıqlı. Ət-raf nurələnnur idi.
məc. Yaxşıların yaxşısı, en ela, en yaxşı. Hanı mərd igidlər, boş qalıb yurdu; Səxavətdə Eldar nurələnnurdu. Aşıq Əlesger. [Şeyx Selim:] Əgər belə iş görsəniz, lap nurələnnur olar ki. P.Makulu.

NURI-ÇEŞMIM : Azerbaijani Explanatory Dictionary

NURI-DIDƏM, NURI-EYNIM köhn. çox istekli, çox eziz adama nevazişle müraciet meqamında, ya onun haq-qında deyilir: gözümün işığı (nuru). Səni Yusif bilib verdim könül mülkündə sultanlıq; Əzizim, nuri-eynim, sən gəda oğlu gədasan-mış. S.Ə.Şirvani. [Yusif:] Açım kağızı, görüm mənim əziz, nuri-çeşmim Şamdan bəy nə ya-zır? N.Nerimanov. Ah, nuri-didəm, halım nə qədər də qəmli, küskün; Bir şey yemək istə-məzmi könlün? H.Cavid.

NURLANDIRMA : Azerbaijani Explanatory Dictionary

"Nurlandırmaq"dan f.is.

NURLANDIRMAQ : Azerbaijani Explanatory Dictionary

f.
İşıqlı etmek, işıq-landırmaq. Canlı bir məşəl; Qaranlıq gecəni nurlandırırdı. M.Rahim. Göy üzünə səpələn-miş, çiçək kimi açılmış ulduzlar ətrafı nur-landırmışdı. Ə.Veliyev.
məc. Maariflendirmek, medeniyyete çağırmaq. Xalqı nurlandırmaq.

NURLANMA : Azerbaijani Explanatory Dictionary

"Nurlanmaq"dan f.is.

NURLANMAQ : Azerbaijani Explanatory Dictionary

f. İşıqlanmaq, parlamaq. üfüqlər bahar günəşinin ilk şəfəqləri ilə nur-lanıb aydınlaşır. M.Rzaquluzade.

NURLANMIŞ : Azerbaijani Explanatory Dictionary

f.sif. İşıqlanmış, işıq almış, işıq gelmiş. Maya
. ilahi məhəbbət duyğu-larının işığı ilə nurlanmış gözlərilə Qaraşı süzdü. M.İbrahimov.

NURLATMA : Azerbaijani Explanatory Dictionary

"Nurlatmaq"dan f.is.

NURLATMAQ : Azerbaijani Explanatory Dictionary

f. İşıqlandırmaq, nura bo-yamaq, nura qerq etmek. Gecənin nurlada-caq alnını ay, ulduzlar; Səni yad eyləyəcək nazlı gəlinlər, qızlar. S.Rüstem.

NURLU : Azerbaijani Explanatory Dictionary

sif. İşıqlı, aydın, parlaq. Doğrudan da bir an içində sabahın bu nurlu çağında hava qapqaranlıq oldu. M.Rzaquluzade.

NURSAÇAN : Azerbaijani Explanatory Dictionary

sif. İşıq saçan, ziya saçan, nur sepen. Qoca Qaf dağından Şərqə nursaçan; Şanlı bir dövlətsən, azad, bəxtiyar. Ə.Cemil.

NUŞ : Azerbaijani Explanatory Dictionary

is. [fars.]
klas. Dadlı, şirin. Qeyrə eylər bisəbəb min iltifat ol nuş ləb; Iltifat etməz mənə mütləq, nədir bilməm səbəb. Füzuli. Mən zəhr bildiyim məni-miskinə nuş imiş; Biganə sandığım mənə xud aşina imiş. S.Ə.Şirvani. □ Nuş olmaq
canına yatmaq (sinmek), xoş olmaq. Nuş olur canıma ət, xasa o həngamdə kim; Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa ətə. M.Ə.Sabir. Hər günümüz bir köçəri quş olur; Yar əlindən badə alsan nuş olur. R.Rza.
İçki. □ Nuş etmək (eyləmək)
içmek. Nuş etdim röyadə eşqin camını; Göründü gözümə doğru rah mənim. "Aşıq Qerib".
◊ Nuş olsun
bax nuşcan.

NUŞCAN : Azerbaijani Explanatory Dictionary

[fars.] çox vaxt "olsun" feli ile canına nuş olsun! canına sinsin! Nuşcan ol-sun, qardaşlar, doyunca yeyin, doymasanız, yenə verərik. C.Memmedquluzade.

NUŞCANLIQLA : Azerbaijani Explanatory Dictionary

zərf Lezzetle, hevesle, canına sine-sine. Nisə bərk acmışdı, əlin atıb armud ağacından bir neçə armud dərib nuş-canlıqla yedi. (Nağıl).

NÜANS : Azerbaijani Explanatory Dictionary

[fr.] Her hansı bir şeyde (sesde, rengde ve s.-de) ince ferq; çalar. Nüans
musiqidə ayrı-ayrı frazalara
cümlələrə çox zərif tərzdə keçməyə deyilir. Ə.Bedelbeyli.

NÜCƏBA : Azerbaijani Explanatory Dictionary

is. [ər. "necib" söz. cemi] Necib adamlar, esilli adamlar; kübarlar, zadeganlar. Belə idi adət əvvəl? Bəyə yalvarardı kasıb; Nücəbaləri görəndə ayağa durardı kasıb. M.Ə.Sabir. [Mirze Əsger:] Bir para adamı siz layiq bilmirsiniz, deyirsiniz ki, nanəcib-dir, nücəbada da elə münasib oğlan yoxdur. N.Vezirov.

NÜCUM : Azerbaijani Explanatory Dictionary

is. [ər. "necm" söz. cemi]
Ul-duzlar. Kövkəblər! Ey səmanı müzəyyən qılan nücum; Etmişmidir o yerlərə də seyli-qəm hücum? M.Hadi.
Ulduzlar ve onların veziyyetine göre insan ve onun taleyi haqqında hökm çıxarma-ğın mümkün olması haqqında orta esr sxo-lastik elmi; elmi-nücum, astrologiya.

NÜDRƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Nadir olma, az tapılma, seyreklik.

NÜDRƏTDƏ : Azerbaijani Explanatory Dictionary

zərf Nadir hallarda, nadir olaraq, bezen, arabir, eyyamda bir defe. Nüdrətdə düşər şənbəyə novruz. (Mesel).

NÜDRƏTƏN : Azerbaijani Explanatory Dictionary

zərf [ər.]
Herdenbir, ara-bir, az-az, tesadüfden-tesadüfe, nadir hal-larda. Elə güman etmək lazım gəlmir ki, yuxa¬rıda rəvayət olunan nüdrətən ittifaq düşən bir işdir. C.Memmedquluzade. [Ağdam ba-zarı] tuhaf bir bazardır. Alış-veriş nüdrətən olur. Ə.Haqverdiyev.
Birden, gözlenmeden.