Azerbaijani Explanatory Dictionary
RƏNA : Azerbaijani Explanatory Dictionary
sif. ve is. [ər.] şair.
Gözel (qız, qadın). Kim bilir, yollarında, ey rəna! Nə qədər, uf, boyun bükənlər var. A.Şaiq.
Gözel, letafetli, qeşeng. Bu haman rəna qəzəldir ki, Nəvai söyləmiş. Qövsi. Kəlağayı gülgəz, libası əlvan; Bir güli-rənadır mənim sevdiyim. M.P.Vaqif.
RƏNALIQ : Azerbaijani Explanatory Dictionary
is. şair. Gözellik, göyçeklik, qeşenglik. Qopar qiyaməti sərvin girəm gü-lüstanə; Inanma sərv, sənubərdə var bu rə-nalıq. M.S.Ordubadi.
RƏNC : Azerbaijani Explanatory Dictionary
is. [fars.] klas.
Əziyyet, zehmet. Ah, bizlər çocuq ikən nə qədər; Vermişik va-lideynə rəncü kədər! M.Ə.Sabir. Nə çox vaxt xırman döyəndə yazığın [taybuynuz öküzün] ağzını da bağlayırlar ki, belə rənc və zəhmətlə döydüyü arpa-buğdanın küləşindən və ələfin-dən yeməsin. F.Köçerli.
Zehmet, emek. [Qerib:] Gəl sən mənə izin ver gedim, öz əlimin rənci ilə qırx kisə qızıl qazanım.. "Aşıq Qerib".
RƏNCBƏR : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Taxıl ekib becer-mekle meşğul olan kendli; ekinçi, taxılçı. Iş
rəncbərin, güc öküzün, yer özününkü; Bəy-zadələri, xanları neylərdin, ilahi?! M.Ə.Sa-bir. [Molla Xelil] gərək adi bir rəncbər kimi xışın dəstəsindən yapışsın, əkinçiliyə başla-sın. S.Hüseyn.
Zehmetkeş, emekçi kendli. [Mirze:] Bəylərin, xanların yerləri hamısı əllərindən alınıb camaata, rəncbərlərə verilir. Ə.Haq-verdiyev. Ədhəm kişi ucaboylu, enlikürəkli, həddindən artıq genişalınlı, iri gözlərilə ol-duqca mehriban təsir buraxan bir rəncbər idi. M.Hüseyn.
RƏNCBƏRLlK : Azerbaijani Explanatory Dictionary
is.
Rencberin işi, pe-şesi; ekinçilik, taxılçılıq. Kəndlilər rəncbər-lik, maldarlıq və bağbançılıqla yarıac həyat sürərdilər.
Zehmetkeşlik, emekçi kendli. [İmdad:] Atamız [Paşa beyin] atasına, özümüz özünə rəncbərlik eləyib, bəhrə vermişik. Ə.Veliyev.
RƏNClDƏ : Azerbaijani Explanatory Dictionary
[fars.] bax incik. [Qadın:] Xudahafiz. Mənim ərim bir qədər tündmə-cazdır. Xahiş edirəm rəncidə olmayasınız. Ə.Haqverdiyev. □ Rəncidə etmək (sal-maq)
incitmek, küsdürmek, üreyini sındır-maq. Rəncidə elə xalqı, danış acı zəhərtək; Şirin danışar isə gər insan, nəyə lazım? Ə.Vahid. Rəncidə olmaq
incimek, üreyi sınmaq, küsmek. [Zöhre xanım:] Biz çin-gizdən rəncidə olmuruq. S.S.Axundov. 0ə-fiqə cavab verdi ki, məndən rəncidə olub getdi. İ.Musabeyov.
RƏNCIDƏQƏLB : Azerbaijani Explanatory Dictionary
RƏNCİDƏXATİR, RƏN-ClDƏHAL sif. ve zərf [fars. rencide ve ər. qelb, xatir, hal] İncik, incimiş, küskün, küs-müş. Belə şübhəli və bir az da rəncidəxatir xan durub darvazadan çıxdı. çemenzeminli. Lakin müvəkkil rəncidəhal gedirdi. B.Bay-ramov. □ Rəncidəqəlb (rəncidəxatir, rən-cidəhal) etmək
incitmek, küsdürmek, qel-bini sındırmaq. Rəncidəqəlb (rəncidəxatir, rəncidəhal) olmaq
incimek, küsmek, qelbi sınmaq. [Şah:] Hacı, deyəsən, məndən rənci-dəxatir oldun. Ə.Haqverdiyev. Xanım, Qu-lam müəllimin rəncidəhal olduğunu görüb gülümsündü.. S.Rehimov.
RƏNClDƏLlK : Azerbaijani Explanatory Dictionary
is. İnciklik, küskünlük, küsme, incime. [Müstentiq:] Paşa bəylə pris-tav Kamalın arasında inciklik, rəncidəlik var-dırmı? Ə.Veliyev.
RƏNDƏ : Azerbaijani Explanatory Dictionary
is. [fars.] Taxtanı yonub hamar-lamaq üçün dülger aleti. [Fermanın] atasın-dan qalan rəndə və əl mişarının dəstəsi xur-cunun ağzından görünürdü. Ə.Sadıq. Balta taqqıltıları, rəndə səsləri bir-birinə qarış-mışdı. İ.Şıxlı.
RƏNDƏLƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Rendelemek"den f.is.
RƏNDƏLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f.
Taxtanı rende ile yonub hamarlamaq, rendeden keçirmek. Bir yanda xarratlar taxta yonub rəndələyir, qapı-pəncərənin çərçivəsini yerinə salır, döşəməni düzəldirdilər. M.İbrahimov. Qoca xarrat qu-tuları; Rəndələyib verdi sığal. M.Dilbazi.
məc. Ora-burasını düzeltmek, yaxşı şekle salmaq, qaydaya salmaq, abıra salmaq.
. Belə çirkin adətləri rəndələmək, özü də əməlli-başlı rəndələmək lazımdır. // məc. Terbiyelendirmek; kobud, qaba cehetlerini bir qeder yumşaltmaq, azaltmaq. Zaman onu xamır kimi; kündələdi; Yaman onu rəndə-lədi... B.Vahabzade.
RƏNDƏLƏNMƏ : Azerbaijani Explanatory Dictionary
"Rendelenmek"den f.is.
RƏNDƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary
məch.
Rende ile yo-nulub hamarlaşdırılmaq, yaxud rende ile ke-silmek.
məc. Ora-burası düzeldilmek, yaxşı şekle, qaydaya salınmaq.
RƏNDƏLƏTDlRMƏ : Azerbaijani Explanatory Dictionary
"Rendeletdirmek"-den f.is.
RƏNDƏLƏTDIRMƏK : Azerbaijani Explanatory Dictionary
ax rəndələtmək.
RƏNDƏLƏTMƏ : Azerbaijani Explanatory Dictionary
"Rendeletmek"den f.is.
RƏNDƏLƏTMƏK : Azerbaijani Explanatory Dictionary
icb. Rende ile yondu-rub hamarlatdırmaq. Taxtaları rəndələtmək.
RƏNG : Azerbaijani Explanatory Dictionary
is. [fars.]
Bir şeyin işıq tonu. Tünd rəng. Qırmızı rəng.
çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gül-zar. A.Şaiq. Xoşdur mənə, xoşdur bu təbiət-dəki rənglər. S.Rüstem. □ Rəngi qaçmaq (getmək)
öz tebii rengini itirib bozarmaq, ağarmaq, solmaq. Kosanın şapkası günün və yağmurun təsirindən rəngi qaçmış, əyilərək təsəyə dönmüşdü. S.Rehimov. Mənə ayna-bəndin rəngi getmiş qapısını açmaq kifayət idi ki, onu görüm. Ə.Memmedxanlı.
..rəngə çalmaq
bir reng vermek, bu ve ya diger renge oxşamaq. Hər rəngə çalan cürbəcür cücülər otlara mərcan kimi sarılmışdı. S.S.Axundov. Tahirin yanaqları bozumtul rəngə çalırdı. M.Hüseyn. Rəngi qaçmış ¬öz rengini itirmiş; ağarmış, bozarmış. Rəngi qaçmış çit. Rəngi qaçmış paltar.
Bax boya
ci menada. Yağlı rəng. Sulu rəng.
Dəftərdə qəşəng rənglə çəkil-miş quş, pişik və it şəkli vardı. Ə.Veliyev.
Qadınların dodaqlarına, üzlerine çek-dikleri, esasen, qırmızı boya. Dodağına rəng çəkmək.
məc. Xüsusiyyet, zahiri görünüş, teza-hür forması.
.Həyat öz rəngini və ahəngini dəyişməkdədir. M.İbrahimov. Varlığın rəngi sənsən, ahəngi sənsən; çiçəklərin, nurların çələngi sənsən. M.Müşfiq.
mus. Muğamatda tesnifden sonra, be-zen ve müsteqil olaraq çalınan musiqi par-çası. Rəng çalmaq.
◊ Rəng korluğu tib.
bax daltonizm. Rəng korluğu xromatik rəngləri duymağı və fərqləndirməyi bacarmamağa deyilir. M.Me-herremov. Rəng verib rəng almaq
1) b ax rəngdən-rəngə girmək (düşmək). Dünən yağan şiddətli yağışdan sonra Incəli dərə-sinin hər iki yanı rəng verib rəng alırdı. M.Hüseyn; 2) məc. pertlikden, hirsden ve s. qızarmaq, bozarmaq, pörtmek.
.Ruqiyyənin üzünə baxdım, yanaqları rəng verib rəng alırdı. A.Divanbeyoğlu. Hacının gecikmə-sinə qonaqlardan artıq Minaxanım əsəbilə-şir, qəlbindəki sıxıntı və çırpıntıdan rəng ve-rib rəng alırdı. A.Şaiq. Rəng vermək
başqa cür yozmaq, başqa mena vermek, deyildiyi kimi deyil, özü istediyi kimi menalandırmaq, reng yaxmaq. Cəhd eylə, verilməsin sənə rəng! Derlər, səni eşqə mübtəlasan. Füzuli. Sabahdan bu işə min rəng verib bazarda danışdılar. çemenzeminli. Rəng yaxmaq
böhtan atmaq, lekelemek. Rəngdən-rəngə girmək (düşmək)
1) müxtelif rengler ver-mek, müxtelif renglere çalmaq, tez-tez rengi deyişmek. Qızlar bütün bəzəklərini taxmış-lar, üst-başları rəngdən-rəngə girərək alışıb-yanır. S.Rüstem; 2) məc. öz cildini deyişmek, mühite uymaq, dondan-dona girmek.
..rəngə girmək (düşmək)
bax rəngdən-rəngə girmək (düşmək)
ci menada. [Muxtar] özünü qarşısındakı adama bəyəndirib sev-dirmək üçün hər rəngə müvəffəqiyyətlə girə biləcək bir istedada malik idi. S.Hüseyn. Rəngi üzündən götürülmək
bax rəngi qaçmaq. Cümşüdün rəngi üzündən götürül-müşdü, xan ilə yalqız otaqda qalmaq ən bö-yük bir əzab idi. çemenzeminli.
RƏNGARƏNG : Azerbaijani Explanatory Dictionary
RƏNGBƏRƏNG sif. [fars.]
Müxtelif renglerde olan; müxtelifrengli, elvan. Rəngarəngpəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. çemenzeminli. Bağban gəlib sa-lam verdi və bir dəstə rəngbərəng qərənfilin bir hissəsini qonağa, bir hissəsini də mənə verdi. T.Ş.Simurq.
Cürbecür, müxtelif, növbenöv, müx-telifnövlü. Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. M.F.Axundzade.
RƏNGARƏNGLİK : Azerbaijani Explanatory Dictionary
RƏNGBƏRƏNGLİK is.
Rengareng (rengbereng) şeyin halı ve görünüşü; elvanlıq.
Müxteliflik, cürbecürlük. Baletin kütləvi janr və qəhrəmanlıq səhnələri öz müstəsna dinamikliyi, rəqs vasitələrinin orijinallığı və rəngarəngliyi ilə fərqlənir. S.Hacıbeyov.
RƏNGİN : Azerbaijani Explanatory Dictionary
sif. [fars.] şair. Rengli, elvan. Hanı rəngin çiçəklərin, çəmən? Bir gözəl dəstə gül tutaydım mən. A.Şaiq. Əlvan bo-yalı yarpaqlarla, rəngin ipək xalılarla döşən-miş kimi görünən meşə indi tutqun, bozumtul bir rəng almışdı. M.Rzaquluzade.
RƏNGKAR : Azerbaijani Explanatory Dictionary
[fars.] bax boyakar. Rəng-kar rəssam.
RƏNGKARLIQ : Azerbaijani Explanatory Dictionary
ax boyakarlıq.
RƏNGLƏMƏ : Azerbaijani Explanatory Dictionary
"Renglemek"den f.is.
RƏNGLƏMƏK : Azerbaijani Explanatory Dictionary
f. Bir şeyin üzüne reng sürtmek, boya çekmek, yaxud onu boyanın içine salaraq müeyyen bir reng vermek; bo-yamaq. Divarı rəngləmək. Yunu rəngləmək.
[Qızyeter Şirzada:] Biz də köhnə taxıl anba-rını rəngləmişik, elə bilirik qəhrəmanlıqdır. M.İbrahimov.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani