Azerbaijani Explanatory Dictionary
MUNCUQGÖZ : Azerbaijani Explanatory Dictionary
sif. Gözü muncuğa oxşa-yan, muncuğa benzeyen, muncuq kimi; mun-cuqvari gözü olan. [Hacı] sizin bildiyiniz qar-ğaburun, muncuqgöz, təkəsaqqal hacılara bənzəməz. Qantemir.
MUNCUQLANMA : Azerbaijani Explanatory Dictionary
"Muncuqlanmaq"dan f.is.
MUNCUQLANMAQ : Azerbaijani Explanatory Dictionary
f. Muncuq-muncuq olmaq, muncuq kimi düzülmek, muncuq şek-line düşmek, yumrulanmaq. [Şiraslanın]
.hə-
yəcandan alnında tər dənələri muncuqlanırdı. S.Rehimov. Mahmud üzündə muncuqlanan utancaqlıq tərini yaylıqla silib sözə başladı.
P.Makulu.
MUNCUQLU : Azerbaijani Explanatory Dictionary
sif. Uzerine muncuq tikilmiş, yaxud muncuq düzülmüş, muncuqla bezedil-miş. Muncuqlu tikmə.
MUNCUQVARİ : Azerbaijani Explanatory Dictionary
sif. Muncuğaoxşar, mun-cuq kimi, muncuq-muncuq.
MÜNDA : Azerbaijani Explanatory Dictionary
is.
Hindistanda en qedim dil qruplarından biri.
Hindistan xalq qruplarından biri.
MUNDİR : Azerbaijani Explanatory Dictionary
[fr. monture] Herbi ve ya mülki resmi geyim. Mundir geymək. Zabit mundiri.
Oğlan mundirinin düymələrini bağladı. İ.Əfendiyev.
MUNDİRLİ : Azerbaijani Explanatory Dictionary
sif. Mundir geyinmiş, eyninde mundir olan. Mundirli general.
MUNİS : Azerbaijani Explanatory Dictionary
[ər.]
sif. Her kesle mehriban olan; ünsiyyetli, mehriban; istiqanlı. Munis adam.
[Xedice] olduqca xoşsöhbət,
. ge-nişqəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Könüllər yolçusu, o munis gözəl; Min ürək fəth edir hər keçən anda. S.Vurğun.
is. Yaxın adam, mehriban dost, sirdaş, ürek dostu. Dilbərim, yarım, əzizim, qəmkü-sarım, munisim; Can şikarım, sevgili yarım canımın cananıdır. Xetayi. [Peri xanım:] Kimə dərdimi söyləyim? Yoldaş yox, munis yox, həmdəm yox. Ə.Haqverdiyev. □ Munis olmaq
ürek dostu olmaq, en yaxın yoldaş, sirdaş yerini tutmaq, mehriban olmaq. Qal-mışam vadiyi-qəm içrə, kimim var, Zakir; Didələr oldu həmin munisü qəmxar mənə. Q.Zakir. Bu gün gülən yarın ağlar, saqın, öyünmə, düşün! Düşün də, munis ol! İncitmə, qırma kimsəni sən!.. H.Cavid. // Sevgili, is-tekli, mehbube. [Rehim:]
.Ağa, Allah xatirinə mənim munisimi əlimdən alma. N.Vezirov.
Deyəsən, Vahid [Rübabenin] həmişəlik və əvəzsiz munisi olmuşdur. Mir Celal.
sif. məc. Xoş, ferehverici, üreyeyatan, ruhu oxşayan. Munis gecə. Munis mənzərə.
.Baharın həyatverici munis günəşi dağların arxasında gizləndiyindən ətrafa həzin bir ax-şam qaranlığı sinməkdə idi. S.Hüseyn. [Nu-riyye:] Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də var. İ.Əfendiyev.
MUNİSLİK : Azerbaijani Explanatory Dictionary
is. Munis olma; istiqanlılıq, mehribanlıq, semimilik.
MÜNQU : Azerbaijani Explanatory Dictionary
is. Monqolustanda nikel ve bürünc xırda pul.
MURAD : Azerbaijani Explanatory Dictionary
is. [ər.] Arzu, meqsed, niyyet, dilek, istek, kam. Sən muradım əksinə, ey çərx, rəftar eylədin. S.Ə.Şirvani. Aşıq Ələs-gərəm, söylənir adım; Budur ürəyimdə mət-ləb, muradım. Aşıq Əlesger. Urək dəmir de-yil, daş da deyil ki? Min bir muradı var, min bir arzusu! S.Vurğun. □ Murada (mura-dına) irmək
bax murada çatmaq. Kaş ki, Kərəm muradına ireydi; Qismət olub yarın üzün göreydi. "Əsli ve Kerem". Bir gülən yox bu qayğılı dünyadə; çoxlar nakam olub irməz murada. H.Cavid. Murada (mura-dına) yetirmək
arzusuna çatdırmaq, iste-yini yerine yetirmek. Bivəfa dünyada, dəhri-fənada; Fələk məni yetirmədi murada. M.V.Vidadi. Muradım ol məhəlində şəhid ol-maqdır; Nolur yetirsə fələk rəhm edib muradə məni. S.Ə.Şirvani. [Süleyman:] Əcəb elərsən, Allah səni də tez muradına yetirsin, bizi də.. U.Hacıbeyov. Murada (muradına) yetmək (çatlaq)
arzusu hasil olmaq, meqsedine, dileyine, kamına çatmaq. Saldıqca cavan-lıqda keçən günləriyadə; Dərdim olur on qat; Yarəb yetərəm birdəmi dünyadə muradə? M.Ə.Sabir. Hacı Qara nəinki muradına çat-madı, hətta həbsə düşdü. N.Nerimanov. Mu-radı hasil olmaq
bax murada (muradına) yetmək (çatmaq). [Belli Əhmed:] Koroğlu-nun dəlilərdi imdadı; Qılınc çəkdi, hasil ola muradı. "Koroğlu". Muradını vermək
mu-radına, arzusuna çatdırmaq, isteyini yerine yetirmek. BuXətayi xəstənin vergil muradın, ya ilah! Xetayi. Mən Zakirəm, pir fələkə ney-lədim; Vermədi muradım, dedim, söylədim.
Q.Zakir.
MURADÇİÇƏKLİLƏR : Azerbaijani Explanatory Dictionary
MURADçİçƏKLİLƏR cəm, bot. Serbest-
leçekli tacı olan, çiçeklerinin hisseleri dörd daire üzre düzülen bitki fesilesi.
MURDAR : Azerbaijani Explanatory Dictionary
sif. [fars.]
Müselman dini eti-qadınca temiz sayılmayan; napak (pak eksi). Murdar su.
[Pişik ite:] Bil nə səbəbdən belə murdarsan; İstəməzsən xeyr apara hiç kəs. S.Ə.Şirvani. □ Murdar etmək (eləmək)
1) müselman dini etiqadınca pak sayılan şeyi murdar sayılan şeye toxundurub, sürtüb ve ya vurub onu da napak etmek. Əlini itə vurub murdar eləmək.
[Arvad:] A kişi, a kişi, ba-şuva daş, içəri girmə, üst-başın murdardır, aləmi murdar elərsən. H.Sarabski; 2) məc. dan. öldürmek, gebertmek. İnəyi murdar et-mək. Murdar olmaq
1) müselman dini eti-qadınca murdar sayılan şeye toxunub, deyib natemiz, napak olmaq; 2) məc. dan. ölmek, gebermek (heyvan haqqında). Toyuq murdar oldu.
[Mirze İsmayıl:] Necə, yoxsa xanın qəzəbindən xəbəri yoxdur? Bilmirmi ki, o qə-dər vurarlar, qamçı altında canı çıxıb, it kimi murdar olar? Ə.Haqverdiyev; // eyni menada adam haqqında heqaretle deyilir. Əsəd o saat murdar oldu. "Qaçaq Nebi". Göstərmə təbibə o cigərguşəni, zinhar; Qoyma ola murdar. M.Ə.Sabir. [Əzim dayı:] Tüfəngin qundağı ilə nə qədər vurdumsa tərpənmədi, bu da mur-dar olmuşdu. A.Şaiq.
Umumiyyetle, pis, alçaq, iyrenc, ikrah doğuran, xoşa gelmeyen. Murdar təbiətli adam. Murdar iş.
[Qurban:] Mənim bu mur-dar ürəyimi çəkib itlərə tullayın. Ə.Haqver-diyev. [Maral:] Burada qalsam Turxan bəyin murdar nəfəsi, qoşulub qaçarsam namus, iffət məsələsi! H.Cavid. // İs. menasında. Mən dün-yada çox bihəya adamlar görmüşəm, amma bunun kimi murdarına hələ rast gəlməmişəm. N.Vezirov.
məc. Zehletöken, xoşagelmeyen, pis. Bayırda murdar hava var.
[Firidun bey:] Ah, bu murdar səsləri susduracaq birinci top atəşi, başlamazmısan? H.Nezerli. [Rza:] Həmzə adını eşidən kimi mənim xəyalımda ağır, anlaşılmaz, murdar bir aləm açıldı. M.İbrahimov.
MURDARÇA : Azerbaijani Explanatory Dictionary
is. bot. Ağ rengli çiçekleri olan, meyvesi yeyilmeyen, qabığında aşı mad-desi olan ağac ve ya kol. Cır zoğal və ya qara murdarça
4 metr hündürlükdə, qışda yar-pağı tökülən ağac və ya koldur. Ağ rəngli çi-çəkləri mayda açılır, qara rəngli çəyirdəkli meyvəsi xırdadır, avqustda yetişir, yeyilmir. H.Qedirov.
MURDARÇAÇİÇƏKLİLƏR : Azerbaijani Explanatory Dictionary
cəm, bot. Ser-
best leçekli tacı olan, çiçeklerinin hisseleri dörd daire üzre düzülen bitki fesilesi.
MURDARÇILIQ : Azerbaijani Explanatory Dictionary
ax murdarlıq.
MURDARLAMA : Azerbaijani Explanatory Dictionary
"Murdarlamaq"dan f.is.
MURDARLAMAQ : Azerbaijani Explanatory Dictionary
f.
Murdar (
ci me-
nada) etmek, napak etmek.
məc. dan. Gebertmek, öldürmek. Eyvaz kişi dərindən köksünü ötürüb dedi:
Uşaq-lar! Canınız üçün, kafir az qala məni murdar-lamışdı. Ə.Veliyev.
MURDARLANMA : Azerbaijani Explanatory Dictionary
"Murdarlanmaq"dan f.is.
MURDARLANMAQ : Azerbaijani Explanatory Dictionary
məch. Murdar (
ci menada) olmaq, napak olmaq.
MURDARLIQ : Azerbaijani Explanatory Dictionary
is.
Murdar (
ci menada) olma, pak, temiz olmama; napaklıq. Su mur-darlıq götürməz. (Ata. sözü).
məc. Pislik, alçaqlıq, rezillik. Murdar-lıq adını üstümüzdən götürmək üçün uzun və qanlı mübarizə lazımdır. M.S.Ordubadi.
MURQUZ : Azerbaijani Explanatory Dictionary
is. bot. Taxıllar fesilesinden qarğıyabenzer bitki.
MURMURDAR : Azerbaijani Explanatory Dictionary
ax murdar. Əl-ayağı
murmurdardır.
ölülərini niyə dəxi hər yer-dən tabutlar içində atlara, eşşəklərə, qatır-lara mindirib Kərbəlaya, Nəcəfə daşıyırsan, ölkəni və yolları və mənzilləri
. cəmdəklərin iyindən murmurdar edirsən. M.F.Axundzade.
MUROV : Azerbaijani Explanatory Dictionary
is. tar. Keçmiş zamanlarda kend yerlerinde polis vezifesini ifa eden hökumet memuru. Murovlar olublar oğruya ortaq. Q.Zakir. Murovlar, pristavlar, naçalniklər, hətta qubernatorun özü [Əbdülkerimin] əlində aciz qalıb, öhdəsindən gələ bilmirdilər. Ə.Haqverdiyev.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani