Azerbaijani Explanatory Dictionary
MUROVLUQ : Azerbaijani Explanatory Dictionary
is. tar. Murov vezifesi, murov rütbesi. Murovluq eləmək. // Murovlar olduğu dövr. [Selim bey:] Hanı keçən günlər? Hanı murovluq zamanı? Ə.Haqverdiyev.
MUSİQAR : Azerbaijani Explanatory Dictionary
is.
Guya dimdiyinde çoxlu deşikler olub, külek esdikce müxtelif sesler çıxaran efsanevi bir quş.
köhn. Bir sıra düdüklerden ibaret musiqi aleti. Nalə ilə sızlaram hərgah musiqartək. Qövsi. Doğma xalqın musiqisini və çalğı alət-ləriniyaxşı bilən şair
. musiqar, ud və qopuz
. kimi musiqi alətlərini yüksək bədii dillə təs-vir edir. "İncesenet".
köhn. Musiqiçi. Umumi musiqi sənəti bizim də aramızda intişar taparsa, o halda biz mədəniyyətin hər bir qismində iştirak etmiş olarıq;
. ümumi musiqi sənətini dəxi öyrə-nərsək, alim musiqişünaslarımız, musiqar-larımız, orkestrlərimiz və opera artistlərimiz də olmaqla, mədəniyyətin sənayei-nəfisə qis-mində dəxi iştirak etmiş oluruq. ü.Hacıbeyov.
MUSİQİ : Azerbaijani Explanatory Dictionary
is. [ər. esli yunancadan]
İnsa-nın teessüratını, hiss ve ideyalarını ritm ve intonasiya cehetden müteşekkil seslerle ifade eden senet. Xalq musiqisi. Şərq musiqisi. Klassik musiqi.
Bir qədər keçəndən sonra musiqiyə olan həvəsim o qədər azaldı ki, başıbəlalı düdüyü bilmərrə gözdən saldım. C.Memmedquluzade. // Bu senete aid eser ve ya eserler. U.Hacıbəyovun musiqisi. M.Maqomayevin musiqisi.
Hemin senetin, vokaldan ferqli olan instrumental (çalğı aletleri ile ifa edilen) növü. Cəfər Cabbarlının "Sevil" əsərinə ya-zılmış musiqi.
Pərdədən qabaq musiqi çalı-nır. ü.Hacıbeyov. Dünyanı öz səsi və öz mu-siqisi ilə titrədən böyük sənətkarın əlləri tit-rəyirdi. M.S.Ordubadi.
Musiqi eserlerinin ifası; çalğı. Musiqiyə qulaq asmaq. Musiqidən zövq almaq. Musiqi səsi.
Başla musiqiylə bizim bayramı; Əlində yaylığı oynasın hamı. S.Vurğun. Birdən şirin bir musiqi axıb gəldi. İ.Əfendiyev.
məc. Musiqini xatırladan, qulağa xoş gelen, ahengdar, melodik ses. [Qızın] səsi həzin bir musiqi qədər xoş idi. S.Hüseyn.
Musiqiye aid olan, musiqi ile bağlı olan. Musiqi məktəbi. Musiqi gecəsi. Musiqi alət-ləri.
Şənləndirir hər kəsi; Bir musiqi məc-lisi. A.Şaiq. [Rehim:] Mən müharibədən əvvəl Bakıda dövlət konservatoriyası yanında on-illik musiqi məktəbində oxuyurdum. Ə.Sadıq.
MUSİQİBAZ : Azerbaijani Explanatory Dictionary
is. [ər. musiqi ve fars.
..baz] bax musiqipərəst. [Qulu:] [Sedr] yaman musiqibazdır. İ.Əfendiyev.
MUSİQİÇİ : Azerbaijani Explanatory Dictionary
is.
Xüsusi olaraq musiqi ile meşğul olan adam, musiqi mütexessisi.
Musiqi aletinde çalan senetkar; çalğıçı, çalan. Festivalda musiqiçilər də çıxış etdilər.
Musiqiçilər gəldi, hərə bir dəstə çiçək ha-zırladı. çemenzeminli. [Mezlum] indi [res-toranda] yeganə musiqiçidir. S.Veliyev.
MUSİQİÇİLİK : Azerbaijani Explanatory Dictionary
is.
Xüsusi olaraq musiqi ile meşğul olma; musiqi mütexessisinin se-neti.
çalğıçılıq.
MUSİQİLİ : Azerbaijani Explanatory Dictionary
sif. Musiqi ile olan, musiqi ile birlikde icra olunan, musiqi ile müşayiet edilen. Musiqili-ədəbi montaj. □ Musiqili komediya
musiqi ile müşayiet olunan ko-mediya; operetta. Uzeyir bəy Hacıbəyovun musiqili komediyaları.
MUSİQİLİK : Azerbaijani Explanatory Dictionary
is. Musiqi ahengi, xoş aheng; melahet, ahengdarlıq, aheng, gözellik (sesde). Böyük şair Nizaminin şeriyyətində olan mu-siqilik kompozitorlarımıza Nizami mövzuları yaradıcılığında geniş imkanlar yaratmışdır.
Ə.Bedelbeyli.
MUSİQİPƏRƏST : Azerbaijani Explanatory Dictionary
sif. [ər. musiqi ve fars.
...perest] Musiqini çox seven, musiqiye me-hebbeti olan, musiqi heveskarı, musiqi peres-tişkarı. Reyhan musiqipərəst olduğunu boy-nuna alır. Mir Celal.
MUSİQİPƏRƏSTLİK : Azerbaijani Explanatory Dictionary
is. Musiqi heveskarı
olma, musiqiye meftunluq, musiqini sevme, musiqi perestişkarlığı.
MUSİQİŞÜNAS : Azerbaijani Explanatory Dictionary
is. [ər. musiqi ve fars.
..şünas] Musiqişünaslıq mütexessisi. Musi-qişünasların dediyinə görə, xəstəlikdən qal-xandan bəri Həsən öz sənətində irəliləyərək daha da böyük məharət göstərməyə başla-mışdı. B.Talıblı. Hüseynqulunun bəxtini bir şey açdı ki, məşhur musiqişünas Uzeyir Hacı-bəyov "Leyli və Məcnun" adında bir opera yazdı. S.Rehman.
MUSİQİŞÜNASLIQ : Azerbaijani Explanatory Dictionary
is. Musiqi tarixi ve ne-
zeriyyesini, xalqların musiqi medeniyyetini öyrenen elm.
MUSKÄT : Azerbaijani Explanatory Dictionary
[fr. muskat]
Xoşiyli üzüm növü. Ağ muskat.
Bu üzümden hazırlanan şerab növü.
MUSLİN : Azerbaijani Explanatory Dictionary
[fr. mousseline] Yüngül, yumşaq ve nazik parça. Ipək muslin. Yun muslin.
MUSSÖN : Azerbaijani Explanatory Dictionary
[fr. mousson, esli ər. mövsüm] Qışda qurudan denize, yayda denizden qu-ruya doğru vaxtaşırı esmekle istiqametini deyişen külek.
MUSTÄNQ : Azerbaijani Explanatory Dictionary
is. [isp.] Vehşileşmiş ev atı.
MUŞHAMUŞ : Azerbaijani Explanatory Dictionary
ax mışamış.
.Bədbəxt Şəfiqə əziz balalarının yanına gedib, onları muşhamuş yuxulamış görüb, onlara busə gön-dərib öz yataq otağına getdi. İ.Musabeyov.
MUŞKET : Azerbaijani Explanatory Dictionary
is. [isp.] İriçaplı, fitilli tüfeng. Muşket sonralar çaxmaqdaşılı tüfənglə əvəz edildi.
MUŞKETYÖR : Azerbaijani Explanatory Dictionary
is. [isp.] XVI esrin evve-linden Avropa ordularında piyada növü. Kral muşketyorları.
MUŞQURMA : Azerbaijani Explanatory Dictionary
"Muşqurmaq"dan f.is.
MUŞQURMAQ : Azerbaijani Explanatory Dictionary
f. Minik ve qoşqu heyvan-larını herekete getirmek, it ve s. heyvanları yaxına çağırmaq üçün dodaqları büzerek muşquruq sesi çıxarmaq. Muşqurub iti ça-ğırmaq.
Məmməd nə qədər muşqurdusa, eşşəkyerindən tərpənmədi. E.Sultanov. Mə-cid, xanımın məzəmmətini eşitcək atı muş-qurub sürdü. B.Talıblı.
MUŞQURTU : Azerbaijani Explanatory Dictionary
MUŞQURUQ təql. Muşqur-maqdan hasil olan ses.
MUŞTULUQ : Azerbaijani Explanatory Dictionary
is.
Xeyir xeber, şad xeber, xoş xeber, sevindirici söz; müjde. Bəndalı-nın səsi həyətdə böyük nicat xəbəri, bir muş-tuluq kimi səsləndi. Mir Celal. □ Muştuluğa getmək
xeyir xeber aparmaq, şad xeber vermek üçün getmek. [Xanmurad:] Muştu-luğa gedirəm. İ.Əfendiyev.
Xeyir (şad) xeber getirene verilen şey, bexşiş.
.Bu hamıya məlumdur ki, birinin oğlu olanda xəbər gətirib muştuluq alırlar. C.Memmedquluzade. Bilirsən ki, anandan muştuluq alım deyə; Mən özüm gedəcəyəm birbaş sizin şenliyə. Ə.Cemil. [Derzi:] Pad-şah, muştuluğumu ver, balaca oğlun Məlik-məmmədin yerini deyim. çemenzeminli.
0 Muştuluğun borc olsun!
verilen xe-beri istehza ile qarşıladıqda işledilen ifade.
MUŞTULUQÇU : Azerbaijani Explanatory Dictionary
is. Xeyir xeber, muştuluq xeberi getiren adam; müjdeçi. Ay ötüb, il do-landı, bir gün evə muştuluqçu gəldi. S.Re-himov. İydələr gül açanda Şahbikə bir oğlan doğdu, Qafar kişiyə muştuluqçu getdi. M.Arif.
MUŞTULUQLAMA : Azerbaijani Explanatory Dictionary
"Muştuluqlamaq"dan f.is.
- Azerbaijani
- Azerbaijani To Azerbaijani
- Azerbaijani To English
- Azerbaijani To Persian(Farsi)
- Turkish
- Turkish To Turkish
- Turkish To English
- Turkish To Germany
- Turkish To French
- English
- English To Azerbaijani
- English To Turkish
- Germany
- Germany To Turkish
- French
- French To Turkish
- تورکجه
- تورکجه To Persian(Farsi)
- تورکجه To تورکجه
- Persian(Farsi)
- Persian(Farsi) To Azerbaijani