Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
MÜSƏLLƏH : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Silahlanmış, silahlı.
Müsəlləh ordu. Müsəlləh dəstə.
Dərənin or-tasında bir müsəlləh şəxs Salmanın qabağını kəs(di).. Ə.Haqverdiyev. Bilsin ana torpaq, eşitsin vətən; Müsəlləh əsgərəm mən də bu gündən. S.Vurğun.

MÜSƏLMAN : Azerbaijani Explanatory Dictionary

sif. [dan.]
İslam dinine mensub adam.
köhn. "Dindar" menasında. Müsəlman adamdır.

MÜSƏLMANCA : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf Keçmişde canlı dilde "azerbaycanca" menasında işle-dilmişdir. "Könülsüz nikah"ı yazan darül-müəllimeynin şagirdlərindən Rzayev famili-yasında bir şagirddir ki, müsəlmanca oxuyub-yazmağa artıq şövqü var. F.Köçerli. Müsəl-manca bilmirsiniz? Nə söyləyirsiniz, qarda-şım.. Ana dilini bilməmək... vay, vay, bu ol-madı ki!.. N.Vezirov.

MÜSƏLMANÇILIQ : Azerbaijani Explanatory Dictionary

is.
Bax müsəl-manlıq.
məc. dan. "Gerilik, cehalet, nadanlıq" menasında. Bəli, köhnəlik, müsəlmançılıq hələ bizə az ziyan vermir,
deyə Fərhadoğlu ba-şını yırğaladı. S.Rehimov.

MÜSƏLMANLIQ : Azerbaijani Explanatory Dictionary

is. Müselman dinine mensub olma. [Dilber:] Siz özünüz xalqı müsəlmanlığa çağırırsınız, bəs şəriətdə özgə arvadlara baxmaq olarmı? C.Cabbarlı. // İslamiyyet. Müsəlmanlıqda bundan artıq nə tələb oluna bilər? T.Ş.Simurq.

MÜSƏLSƏL : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] klas. Zencir kimi bir-birine bağlı olan, qırılmaz bir sıra teşkil eden, bir silsile şeklinde olan; sıralanmış. Hanı o sən görən əhmər yanaqlar; Müsəlsəl keysular, nəsrin buxaqlar? Q.Zakir.

MÜSƏMMA : Azerbaijani Explanatory Dictionary

is. [ər.] aşp. Qoyun ve ya to-yuq etinden albuxara, kişmiş, qaysı qurusu ile bişirilen xörek növü. Firni və tərək, dolma, fisincan da bizimdir; Boşqab da, müsəmmavü badımcan da bizimdir. M.Ə.Sabir.

MÜSƏNNİF : Azerbaijani Explanatory Dictionary

is. [ər.] köhn. Müellif, avtor. [Axund:] Müsəlmanlar arasında belə bir abdar əşar müsənnifləri nadi-rülvücuddur.
Mir Celal.

MÜSƏVVƏR : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] köhn.
Şekillerle bezedilmiş; resmli.
Resm edilmiş, çekilmiş.
Tesevvür olunan, tesevvüre getirilen.
Müeyyen bir şekli, forması olan.

MÜSİBƏT : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Bela, felaket, afet.
Müsibətə düşmək. Müsibətdən qurtarmamaq.
Birisinin başına bir müsibət gələndə yenə bir yandan bir qəlb təskinliyi olur. C.Mem-medquluzade. [Musa:] Kişi gərək hər müsi-bətə mərdanəlik ilə davam eləyə. Ə.Haqver-diyev. □ Müsibət çəkdirmək
başına bela getirmek, eziyyet vermek, çox incitmek. Müsibət çəkmək
başı belalar çekmek, meşeqqet görmek, ağır veziyyet keçirmek. Amma çox müsibət çəkib, çox padşahlar öl-dürüb sonra murada çatarsan. (Nağıl).
Matem, yas, ölüm hadisesi, facie, bed-bextlik. Bu müsibətdə, cənab Allah dərga-hından sizə səbir, təskinlik diləməkdəyəm. M.S.Ordubadi. Qardaşım bu vaxta qədər nə üçün gəlmədi? Başıma gələn qara müsibət-dən xəbəri yoxdurmu? A.Şaiq.
Müsibətlə şeklinde zərf
çox böyük çetinlikle, ezab-eziyyetle, zorla (çox zaman "envai-müsibetle" şeklinde işlenir). Müsi-bətlə işi görüb qurtarmaq.
Min ənvai-müsibətlə qayaya dırmaşdı. "Koroğlu". Kişi ənvai-müsibətlə qapının qıfılını sındırardı və açardı. H.Sarabski.

MÜSİBƏTLİ : Azerbaijani Explanatory Dictionary

sif. Müsibet içinde olan; ağır, felaketli, facieli. Müsibətli günlər.
İskən-dərin kənddən baş alıb getməyinə müsibətli bir qəzavü-qədər bais olmuşdu. E.Sultanov. çox heyf olsun ki, bizimkilər bu cür müsibətli bir gündə öz qarınlarının qeydinə qalıblar.
M.S.Ordubadi.

MÜSİBƏTZƏDƏ : Azerbaijani Explanatory Dictionary

sif. [ər. müsibet ve fars.
..zede] Müsibete düşmüş, felakete düçar ol-muş, müsibet çekmiş. Tutalım ki, digər mil¬lətlərə nisbətən sən daha artıq müsibətzə-dəsən. M.İbrahimov.

MÜSİNN : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] klas. Sinli, yaşlı, yaşı öt-müş, qoca. Müsinn qadın.
[Qazı Xudayar beye:] Mən indi müsinn adamam, mənim olar səksən və bəlkə dəxi də artıq yaşım. C.Memmedquluzade. [Xortdan:] Bir nəfər müsinn kişi əl eləyib faytonu dayandırdı. Ə.Haqverdiyev.

MÜSLİM : Azerbaijani Explanatory Dictionary

[ər.] bax müsəlman
ci me-nada.

MÜSTƏBİD : Azerbaijani Explanatory Dictionary

sif. ve is. [ər.]
İstibdadçı, zalım hökmdar, hakimi-mütleq. Müstəbidlər yaşamaqçın rahət; Şairi əldə ediblər alət.
A.Sehhet.
Zalım, zülmkar, qaniçen. [Atabala] çox məzlumları zalımların pəncəsindən qurtar-mış, çox müstəbidin ocağını söndürüb yelə sovurmuşdu. A.Şaiq.

MÜSTƏBİDLİK : Azerbaijani Explanatory Dictionary

is. Zalımlıq, zülmkarlıq,
qaniçicilik, istibdad.

MÜSTƏCAB : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] din. Arzusu, isteyi qebul olunan. □ Müstəcab olmaq
arzusu, istediyi qebula keçmek, xahişi yerine yet-mek, arzusuna çatmaq. [Hemze bey:] Belə ki, duan müstəcab olur, elə dua elə, Nəcəfin pulunu ud. Ə.Haqverdiyev. Şırım Ballının duası müstəcab oldu. çemenzeminli.

MÜSTƏHƏQ : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] köhn. Haqlı olan,
haqq qazanmış, layiq, haqlı. Elm və bilik sa-hiblərinin yolunda çəkilən zəhmətlər həmişə vacib və müstəhəqdir. C.Memmedquluzade. [Molla:] Əgər əhvalat belədirsə, onlar hər cəzaya müstəhəqdirlər. P.Makulu. □ Müs-təhəq olmaq
layiq olmaq, münasib olmaq, haqlı olmaq.

MÜSTƏİD : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] İstedadlı, qabiliyyetli, fehmli, tez görüb-götüren. Şübhəsiz, bu çox müstəid bir gənc idi. A.Şaiq.

MÜSTƏİDLİK : Azerbaijani Explanatory Dictionary

is. İstedadlılıq, qabiliyyet-lilik.

MÜSTƏQİL : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Başqasından asılı olmayan, başqasına tabe olmayan; serbest. Müstəqil respublika. Müstəqil hökumət.
özü-özlüyünde ehemiyyeti olan, baş-qaları ile bağlı olmayan, başqalarından ayrı-lan; ayrıca, xüsusi. Müstəqil məsələ. Elmin müstəqil sahəsi.
Zərf mənasında. Başqasının kömeyi ve ya rehberliyi olmadan, öz bacarığı, teşebbüsü ile icra edilen. Müstəqil iş. Müstəqil fəaliy-yət göstərmək.
Biz qarşıdakı məsələni həll etmək üçün az-çox müstəqil hərəkət etməli idik. H.Nezerli. Şamama birinci dəfə idi ki, müstəqil olaraq pambıq becərirdi. İ.Əfen-diyev. Aslan onlara ixtisas üzrə bilik verir, müstəqil işləməyə öyrədirdi. M.Rzaquluzade. // Kenar tesirlerden azad; orijinal. Müstəqil mühakimə.
[Firengiz Şahine:] öz müstəqil fikri olan və axıra qədər onu müdafiə eləyən adamlardan xoşum gəlir. B.Bayramov.

MÜSTƏQİLLƏN : Azerbaijani Explanatory Dictionary

zərf [ər.] Müsteqil ola-raq, özbaşına, başqasının gösterişi, kömeyi, müdaxilesi olmadan. Müstəqillən çalışmaq. Məsələni müstəqillən həll etmək.

MÜSTƏQİLLİK : Azerbaijani Explanatory Dictionary

is. Müsteqil olma halı.

MÜSTƏQİM : Azerbaijani Explanatory Dictionary

sif. [ər.]
Düz, rast. Müs-təqim yol. Müstəqim xətt.
Birbaşa, bilavasite, düzüne. Deputat seç-kiləri müstəqimdir.

MÜSTƏQİMLİK : Azerbaijani Explanatory Dictionary

is. Müsteqim olma, bir-
başa olma. Seçkilərin müstəqimliyi.