Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
SAXTALAŞDIRMAQ : Azerbaijani Explanatory Dictionary

f. Bir şeyin saxtasını düzeltmek, bir şeyi saxta şekle salmaq; uy-durmaq.

SAXTALIQ : Azerbaijani Explanatory Dictionary

is.
Saxta şeyin halı; qelblik.
Sənədin saxtalığı bilindi.
məc. Sünilik, riyakarlıq, ikiüzlülük, qeyri-semimilik; saxta hereket. Dünyada saxtalığı, ikiüzlülüyü, riyanı və hiyləni sevməyən tə-miz və səmimi bir şey varsa, o da sevgidir. M.S.Ordubadi. [Züleyxa]
.saxtalıq nə oldu-ğunu bilmirdi. M.Ibrahimov. // Yalan, hiyle, kelek.

SAXURLAR : Azerbaijani Explanatory Dictionary

Azerbaycanın Zaqatala rayo-nunda ve Dağıstanda yaşayan etnik qrup.

SAİL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Dilençi, yolçu. Hüsnün sa-dağası, canın zəkatı; Sail olan binəvayə dü-şərmi? Aşıq Əlesger. [Peri xanım:] Dost, aşna, qonaq və sail üzünə həmişə bu qapı açıq olub. Ə.Haqverdiyev.

SAİLLİK : Azerbaijani Explanatory Dictionary

is. Dilençilik, yolçuluq. Səndə kim var bu qədər dövlət; Dəxi sailliyə nədir hacət? S.Ə.Şirvani. Saillik etmək Məşədi Ək-bər üçün ölümdən ağır görünürdü. S.M.Qe-nizade.

SAİR : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] Başqa, qeyri, diger. Sair mə-sələlər.
Şabanın getməyini eşidib sair bi-kar tamaşaçılar da kənardan yığılmışdılar. Ə.Haqverdiyev. // Is. menasında, cem şek-linde: sairleri
başqaları, o birileri, digerleri. Sairləri də sənin kimi hərəkət etməli. Sairləri də biz deyəni deyəcək.

SAİRƏ : Azerbaijani Explanatory Dictionary

is. Bir neçe şey sayıldıqdan sonra, onların sayını yene de davam etdirmek müm-kün olduğunu bildirir (bu menada adeten "ve" bağlayıcısı ile işlenir). Kitab, kağız və sairə.
[Perşan:] Qadın içəri girəndə kişi ayağa durmalıdır, yer göstərməlidir, palto-sunu tutmalıdır və sairə. M.Ibrahimov.

SAİT : Azerbaijani Explanatory Dictionary

sif. [ər.] dilç. Hava axınının ağız boş-luğundan heç bir maneeye rast gelmeden keçmesi yolu ile emele gelen (sesler haq-qında). Sait səslər. Azərbaycan dilində 9 sait səs var. // Is. mənasında. Bu vasite ile emele gelen ses. Azərbaycan dilinin saitləri.

SAJIN : Azerbaijani Explanatory Dictionary

[rus.] Metr sisteminin tetbiqinden evvel işlenmiş 2,134 m-e beraber uzunluq ölçüsü. [Qurban:] Molla əmi, yaman adamın quyusunda işləyirəm, quyu indi otuz sajından aşağı enmiş(dir). A.Şaiq. [Toğrul] yüz addım keçdikdən sonra bir sajın hündürlükdə açıq-lıq bir təpəyə çatdı. H.Nezerli.

SAJINLIQ : Azerbaijani Explanatory Dictionary

sif. Adeten saylarla işlenib sajı-nın miqdarını gösterir. On sajınlıq quyu.

SAKİN : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Bir yerde yurd salıb yaşa-yan, hemin yerin ehalisinden olan; oturan, oturucu. Mingəçevir şəhərinin sakinləri. Yeni qəsəbənin sakinləri.
Müxtəsər, biz hər iki-miz Danabaş kəndinin sakiniyik. C.Memmed-quluzade. Aulun sakinlərindən heç biri ləkəli namusla yaşamaq istəmədi. M.Hüseyn. // Ya-şayan, yerleşen. Binanın sakinləri. Mehman-xananın sakinləri.
Uç ildir ki, [evin] sakin-ləri bir qoca qarı, bir də onun nəvəsi balaca Svetlanadır. Ə.Memmedxanlı. Bütün ev sa-kinləri ya qonaqlar bu darvazadan qəsəbəyə çıxırdılar. Ə.Əbülhesen. □ Sakin etmək (eləmək)
yerleşdirmek, mesken saldırmaq, oturtmaq. Hacı həyətdə olan kiçik daxmanı Aslana verdi ki, orada o öz qardaş və bacı-sını sakin eləsin. C.Cabbarlı. Sakin olmaq
bir yerde (evde ve s.-de) yerleşmek, yaşa-mağa başlamaq, mesken salmaq. Görürəm mən dünən gecə yuxuda; Yenə də sakin ol-muşam Bakıda. M.Ə.Sabir. [Qonça:] Mənim sakin olduğum evin yaxınlığına bir daha dolaşmayın. S.Hüseyn.
Sakit, sessiz, hereketsiz. Sakin küçələr [Midhete] geniş göründü, əsir şəhər hürr və məsrur idi. çemenzeminli. Yorğun maral kimi sakin baxışlar; Bir öpüşdən daha kəskin ba-xışlar; Səndə nələryoxdur, nələr, ah, nələr... M.Müşfiq. □ Sakin olmaq
sakitleşmek, rahatlanmaq. Dağlarda əkin olmaz; Heç kəs mən təkin olmaz; Sən yanıma gəlməsən; Urə-yim sakin olmaz. (Bayatı).
Əreb elifbasında: herekesiz, herekesi olmayan, hereke ile oxunmayan. Sakin hərf.
- Habelə sakin "nun"dan (u) ibarət olan tənvinlər də yazıda qeyd olunmalıdır. M.F.Axundzade.

SAKİT : Azerbaijani Explanatory Dictionary

sif. ve zərf [ər.]
Berkden seslen-meyen, yaxşı eşidile bilmeyen, asta, yavaş (gur, uca ziddi). Sakit səs. Sakit danışıq.
-
.Teymur sakit bir səslə əmr etdi. H.Seyid-beyli. // Davasız, qalmaqalsız, qışqırıqsız, ses-küysüz, heyecansız. Işi sakit aparmaq. Sakit danışmaq. Məsələni sakit həll etmək.
Əmi ilə qardaşoğlunun söhbəti çox sakit bir ahəngdə başlandı. M.Hüseyn.
Susmuş, sükut içinde olan, sükuta bat-
mış. Sakit gecə. Sakit səhra.
Sakit Azər-
baycan kəndi üzərinə bir yaz axşamı enirdi.
Ə.Memmedxanlı.
.Kəndin küçələri qapqa-
ranlıq, həyətlər sakit idi. M.Rzaquluzade.
// Hereketsiz, sessiz-semirsiz, hay-küysüz,
sükunet içinde olan. Sakit şəhər. Sakit küçə.
- Hava sakit və ilıq idi. İ.Əfendiyev. Yoxsa bu ikimərtəbə ağ evlə, bu sakit, sərin, ətirli bağla əlaqədar unudulmuş hisslər yenidən baş qal-dırırdı? İ.Hüseynov.
Rahat, heyecansız, iztirabsız, qayğısız, aram. Sakit həyat. Sakit iş. Sakit günlər keçir-mək. Həyatının ən sakit çağlarında.
Dinc, eziyyet vermeyen. Sakit körpə. çox sakit uşaqdır.
Mülayim, helim, yumşaqxasiyyetli. Sa-kit baxışlı qara gözlərindən [Əsgerin] azər-baycanlı olduğu məlumdu. Ə.Əbülhesen. çox sakit və təvazökar olan Rəhim iş zamanı çöldə və istirahət zamanı çadır və ya qazmalarda gənclərin yanında olub onların söhbətlərinə diqqət yetirirdi. Ə.Sadıq.
Soyuqqanlı, soyuqqanlılıqla, esebileş-meden. Poladzadə sakit qulaq asa bilmir, ürəyindən qara qanlar axırdı. Ə.Veliyev. □ Sakit etmək
yumşaltmaq, ovundurmaq. [Mozalan bey:] Indi bu xəyal ilə özümü sa-kit etmişəm. Ə.Haqverdiyev. Ata oğlunu sakit edib əyləşdirdi. Mir Celal. Sakit olmaq
sakitleşmek. Firqətdə lazımdır aşiqə əfqan; Sakit olmaq gərək yarı görəndə. Q.Zakir. Lağlağı sözümü kəsib qoymadı vərəqi axıra yetirəm. Mən sakit oldum və özü başladı oxu-mağa. C.Memmedquluzade.
Dinc, rahat, arxayın, heyecansız. Qəh-rəman bir qədər sakit idi. H.Nezerli. Qəl-bimlə, ruhumla qoşuldum elə; Düşüncəm sakitdir o gündən belə. M.Müşfiq. □ Sakit etmək
bax sakitləşdirmək. Əlahəzrət üs-yançı qoşunları sakit etmək və onları tərk-silah etdirmək üçün iraqlılardan ibarət bir ordu düzəlməsinə əmr vermişdir. M.S.Ordu-badi. [Malik] qızı ağır vəziyyətdən qurtarmaq və kəndliləri sakit etmək üçün özü irəli çıxdı. M.İbrahimov. Sakit olmaq
bax sakitləş-mək. Gün batdı. Hər kəs öz evinə və mənzilinə qayıtdı. Şuriş və qovğa sakit oldu. M.F.Axund-zade. Ustanın istidən döyünən ürəyi hənadan sonra sakit oldu. çemenzeminli.
sakit-sakit bax sakitcə. Sakit-sakit da-nışmaq. Sakit-sakit yerimək. Sakit-sakit cavab vermək.
[Salatın] Azacıq sonra
. gözlərini açıb döyükdü. Heç nə anlamadan sakit-sakit baxdı. İ.Şıxlı.

SAKİTANƏ : Azerbaijani Explanatory Dictionary

zərf[ər. sakit ve fars.
..ane] Sükut içerisinde, sessiz halda, sakit veziy-yetde, sakit-sakit. Bu binanın sakitanə; Duru-şunda nə hikmət var? B.Vahabzade. // Sakit-sakit, hay-küysüz, sessiz-semirsiz. Süzür sa-kitanə göylər gəlini; Uzadır qələmə Hüseyn əlini. M.Rahim.

SAKİTCƏ(SİNƏ) : Azerbaijani Explanatory Dictionary

zərfSakit, sakit-sakit,
sessiz, astaca, ses salmadan. Sakitcə çıxıb getmək.
Indi [Xedicenin] gözlərindən sa-
kitcə axan yaşlar yanaqlarını isladıb axır... axır... bir dürlü bitməkbilməyirdi. S.Hüseyn. Pazıxın əlindən geri dartınan at bu dəfə Nisə xalanın əlində sakitcəsinə gedirdi. Qantemir.

SAKİTEDİCİ : Azerbaijani Explanatory Dictionary

ax sakitləşdirici.

SAKİTLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Sakitlenmek"den f.is.

SAKİTLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

ax sakitləşmək.

SAKİTLƏŞDİRİCİ : Azerbaijani Explanatory Dictionary

sif. Sakit eden, ağrını kesen; sakitedici. Sakitləşdirici dərman.

SAKİTLƏŞDİRİLMƏ : Azerbaijani Explanatory Dictionary

"Sakitleşdirilmek"-
den f.is.

SAKİTLƏŞDİRİLMƏK : Azerbaijani Explanatory Dictionary

"Sakitleşdirmek"-
den məch. Uşaqlar sakitləşdirildi. Dalaşan-lar sakitləşdirildi.

SAKİTLƏŞDİRMƏ : Azerbaijani Explanatory Dictionary

"Sakitleşdirmek"den
f.is.

SAKİTLƏŞDİRMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Sakit etmek, ra-hatlandırmaq; rahatsızlığını, iztirabını, heye-canını aradan qaldırmaq; teskin etmek. [Asla-nın] xoş və təbəssümlü baxışları ən qəzəbli və ya böyük həyəcan keçirən adamı belə sakit-ləşdirə bilərdi. S.Veliyev. Sərvinaz qarı ilə Əsəd baba Şahmarı dilə tutub güclə sakit-ləşdirmişdilər. B.Bayramov. // özünü sakit aparmağa mecbur etmek. Uşaqları sakitləş-dirmək. Dalaşanları güclə sakitləşdirə bildik.
Yatırtmaq, leğv etmek. Qovğanı sakit-ləşdirmək. Həyəcanı sakitləşdirmək.
Yüngülleşdirmek, ya aradan qaldırmaq, kesmek. Diş ağrısını sakitləşdirmək. Əsəb-ləri sakitləşdirmək.

SAKİTLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Sakitleşmek"denf.is.

SAKİTLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Ses-küy azalmaq, ya kesilmek, sakitlik düşmek. Gecədən keçmiş şəhər sakitləşdi.
Günəş günorta yerinə gə-ləndə Tehranın bütün küçələri boşalmış və sakitləşmişdi. M.Ibrahimov. // Sakit olmaq, gücü, şiddeti zeiflemek, yavaşımaq, kesil-mek, keçib getmek. Dəniz sakitləşdi. Külək sakitləşdi.
Su sakitləşmişdi ki, ikinci, üçüncü və dördüncü bombalar da bir-birindən aralı dənizdəki balaca qayığın ətrafına düşübpart-ladı. Ə.Veliyev.
Əsebiliyi, heyecanı, iztirabı keçmek; teskinlik tapmaq, rahatlanmaq, müvazinet kesb etmek. Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. çemen-zeminli. [Mehriban] axır zamanlar xeyli sa-kitləşmişdi. H.Seyidbeyli. [Zernigar xanım]
..dava-dalaş salar, ağlayıb-sızlayar, sonra da sakitləşərdi. I.Şıxlı.
◊ Ara sakitləşmək
bax ara. Elə ki ara sakitləşdi, Məhbub xanım yavaşca qapını açıb gəldi Bəlli Əhmədin yanına. "Koroğlu". Get-gedə ara sakitləşdi. Sürülər kövşəyə yatdı. B.Bayramov. Urəyi sakitləşmək
bax ürək. [Usta Ağabalanın] istidən döyünən ürəyi öylə bil xınadan sonra sakitləşdi. çemenzeminli. Əbil Qənbərovun ürəyi bir az sakitləşdi. Ə.Veliyev.

SAKİTLİK : Azerbaijani Explanatory Dictionary

is.
Ses, danışıq, hay-küy ol-madığı hal; tam sükut, sessizlik. Sakitliyi göz-ləmək. Sakitlik yaratmaq. Sakitliyi pozmaq.
Elə sakitlik idi ki, nə bir kimsənin səsi çıxır-dı, nə də biryarpaq tərpənirdi. S.S.Axundov. [Qehreman:] Sükut deyirəm, səhv etməyiniz. Onu ancaq o vaxt sakitlik adlandırmaq olardı. H.Nezerli.
məc. Dinclik, emin-amanlıq, asayiş, emniyyet; dinc, sakit heyat. Hər yerdə sakit-lik hökm sürür. // Müveqqeti sükut. Müharibə meydanında sakitlik idi, iki tərəf də evlərinə çəkilmiş idi. çemenzeminli.
məc. Arxayınlıq, xatircemlik; iztirab, heyecan, qayğı olmadığı hal. Sakitliyini itir-mək.
Rüstəm kişini təəccübləndirən Aslanın sakitliyi, hətta Yarməmmədin bir qədər müla-yim rəftarı idi. M.Ibrahimov.