Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
SAĞLIQ : Azerbaijani Explanatory Dictionary

is.
Bedenin bütün üzvlerinin sağlam, saz olması, düzgün, normal işlemesi, salamatlıq, sehhet. Sağlığa ziyan verən şey-lərdən qaçmalı.
Abır istəsən
çox demə; Sağlıq istəsən
çoxyemə. (Ata. sözü). □ Sağ-lıq olsa (olsun)
1) salamatlıq arzusu bildi-rir; inşallah, Allah qoysa. [Qonaqlar:] Inşal-lah, sağlıq olsa gələrik... ancaq bir azyolu-muz uzaqdır. E.Sultanov. [Sevil Balaşa:] Mən hər gün ürəyimi satacaq, beynimə yedirdəcə-yəm, sağlıq olsun! C.Cabbarlı; 2) bezen hede menasında. [Cavad:] Düşmənin də ömrü bu qar kimi əriyəcəkdir. Sağlıq olsun, səhər gə-rək onlara bir oyun tutaq ki, atalarının toyu
yadlarına düşsün. Ə.Veliyev. (Oz) sağlı-ğında
yaşadığı zaman, yaşamaqda iken, sağken, diri iken, diriliyinde. Sağlığımda gəl-mədin; Barı can verəndə gəl. (Bayatı). Oz xə-ləfin gərək gözləyə kişi; Sağlığında ola alış-verişi. Q.Zakir. [Əmiraslan baba:] Oğul gərək nəinki öz sağlığında, hətta özündən sonra da ad-san qoysun. S.Rehimov.
Meclisde şerefine bade qaldırılan şexse xitaben deyilen xoş sözler, tost. Idris onun sağlığına deyilən tostdan.. xəbərsiz yatırdı. Ə.Memmedxanlı. □ Sağlıq demək
mec-lisde badeleri müeyyen münasibetde içmeyi teklif etmek. Salman konyakın hamısını stə-kana süzdü, sağlıq demədən başına çəkdi. M.İbrahimov. Həsrət ayaq üstə dayanıb bəylə gəlinin şərəfinə sağlıq deyirdi. B.Bayramov.
Sağlığın(ız) şeklinde
birinden hal-ehval soruşduqda müsbet menada cavab kimi işlenir.
Nə xəbər var, Məşədi?
Sağlığın!
M.Ə.Sabir.
Sağlığına şeklinde
ifade olunan fikre
danışanın müsbet münasibeti, memnunluğu
bildirilir. Sağlığına, kefim kökdür.
[Bebir
bey:] Bu saat, sağlığına, pristavın yanında
bir sözüm iki deyil. Mir Celal.
0 Sağlıqla qal(ın)!
bax sağ ol(un)
ci menada ("sağ2"da). Sağlıqla qal, əziz ana; Olüm yoxdur qəhrəmana. N.Refibeyli.

SAGMA : Azerbaijani Explanatory Dictionary

"Sağmaq"dan f.is.

SAGMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Südveren heyvanların yeli-ninden südü süzüb çıxarmaq. Camışı sağmaq.
Tez durub sübh sağardım inəyi; Xansənəm-dən diləməzdim köməyi. M.Ə.Sabir. [Ayrım qızı:] Ikimiz də cavan idik. Rəhim ağanın qa-pısında qulluq edərdik, [erim] çoban idi, mən də ağalığın inəklərini sağar, yağ-pendirini tutardım. A.Şaiq. [Ana Periye:] Qoy Əşrəf baba keçiləri sağsın, bu saat qonağımız üçün süfrə açarıq. Ə.Memmedxanlı.
məc. Birinin pulunu, malını tedricen elin-den almaq, birinden daim pul ve s. çekmek. [Nebi:] [Ağamı] qumarda sağmal inək kimi sağırlar. S.S.Axundov. Hacısan, məşhədisən, sahibimizsən, ağasan; Istəyirsən həmi qırxıb bizi, həm də sağasan. Ə.Nezmi.

SAGMAL : Azerbaijani Explanatory Dictionary

sif. Südü olan, süd veren, sağı-lan. Sağmal inək.
[Sürünün] içində bir dənə də olsun sağmal heyvan yoxdur. "Koroğlu".
Məclisin hər tərəfindən növbə ilə səslər çıxar: qayınata
bir sağmal camış. R.Əfendiyev. [Ailenin] bir öküzü, bir-iki sağmal keçisi var idi. Mir Celal.
0 Sağmal inək məc.
uzun müddet biri üçün gelir, qazanc menbeyi olan adam ve s. haqqında. Xərcləri ödəməkçün; dövlət kassası hər gün; bir sağmal inək kimi; bollu-bollu sağılır. R.Rza.

SAGRI : Azerbaijani Explanatory Dictionary

is. Heyvanın beli ile quyruğu ara-sındakı dolğun ve yuvarlaq teref. Atın sağrısı.
[Derviş:] [Ruqiyye] buzovu onun qabaq ayaqlarına bağladı, özü də inəyin sağrısına dirsəkləndi. A.Divanbeyoğlu. [Semed kişi] axırıncı sözləri deyə-deyə dönüb öküzlərə tərəf baxdı və bir-iki ağac da onların tozlu və arıq sağrılarına "ho, ho" çığıraraq endirdi. T.Ş.Simurq. // İnsan bedeninin belden aşağı oturaq hissesi.
0 Sağrı başmaq
keçmişde: atın sağrı gönünden hazırlanan başmaq. Əyləş məcli-sində, gəlməsini gör; Sağrı başmaq geyib, gəlməsini gör. Aşıq Əlesger. çəkibdir bur-nuna qara yaşmağı; Ayaqda dikburun sağrı başmağı. H.K.Sanılı.

SAGRILI : Azerbaijani Explanatory Dictionary

sif. Sağrısı dolğun olan.

SAGSAGAN : Azerbaijani Explanatory Dictionary

is. zool. Qarğalar fesilesin-den, ağ-qara tüklü, xarakter ses çıxaran quş; qecele. [Fatmanise:] Ay oğul, sağsağan qırıl-dayır, çıx, gör atan gələcəkdirmi? Ə.Haqver-diyev. Indi tez-tez sağsağan, qarğa, tək-tək, ikibir, üçbir uçuşan göyərçinlərə rast gəlir-dik. M.Rzaquluzade.

SAG-SALAMAT : Azerbaijani Explanatory Dictionary

zərfve sif. Heç bir xeter deymemiş, heç bir xataya, belaya uğrama-dan, saz. Sağ-salamat müharibədən qayıt-maq. Sağ-salamat qalmaq.
[Əhmed tacir-başı:] Allah mənəyar olsa, inşallah, bu dəfə də karvanı sağ-salamat gətirəcəyəm. "Koroğlu". Qüdrətin çevikliyi sayəsində qızın sağ-sala-mat qalmağı hamını sevindirirdi. M.Hüseyn. [Şahin:] Ləngidik, ancaq sağ-salamat çıxdıq. B.Bayramov.

SAG-SALAMATLIQ : Azerbaijani Explanatory Dictionary

is.
Salamatlıq,
ölüm-itim olmama, emin-amanlıq. Bizim tə-rəfdə sağ-salamatlıqdır.
[Gövher xanım:] Hər nə olur olsun, ta ki sağ-salamatlıq olsun. S.S.Axundov.
Her şeyin öz qaydasında, normal ve-ziyyetde olması, heç bir xoşagelmez hadise-nin olmaması. [Telli Qurbana:] Kolxozda işlər neçədir, sağ-salamatlıqdırmı? Ə.Memmed-xanlı.

SAG-SOL : Azerbaijani Explanatory Dictionary

is. Hem sağ, hem sol; her iki te-ref, etraf. Sağ-soluna baxmaq. Sağ-solunu yoxlamaq.
Gələn atlılar sağa-sola (z.) səpə-ləndilər. M.Hüseyn. Kiçik evlər şosenin sağ-solunda dururdu. Ə.Əbülhesen.
0 Sağa-sola sovurmaq
pulu, malı, döv-leti ebes yere dağıtmaq, puç etmek. [Əmir-xan:] Əlikram Həmişəyev kimisi sağa-sola sovuranda
. sinəsini qabağa verib qənaət elə-yən kim idi? B.Bayramov.

SAHƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Açıq yer, boş ve geniş yer, tutulmamış yer; düzen. Geniş sahə. Qumluq sahə. // Torpağın müeyyen meqsed üçün is-tifade edilen parçası, qismi. Həyətyanı sahə. Inşaat sahəsi. Torpaq sahəsi.
Əkin sahəsi çaya lap yaxın olan manqabaşçısı Pəri ora-bura qaçır, çayın o tərəfinə keçməyə can atırdı. Ə.Veliyev. Müdafiə xətti keçən sahə-lərdən [taxıl] kəndə daşınmışdır. Ə.Əbülhe-sen. Sahə dörd tərəfdən çəkilmiş düz iplərlə əhatə olunmuşdu. H.Seyidbeyli.
Müeyyen meqsed üçün ayrılan ve sethi kvadrat metrlerle ölçülen yer. Yaşayış sahəsi. Mənzilin sahəsi 2 kv. metrdir.
Her hansı bir işin, yaxud elmin, fealiy-yetin ayrıca hissesi, müsteqil şöbesi. Elmin müxtəlif sahələri. Maarif sahəsi.

SAHƏCİK : Azerbaijani Explanatory Dictionary

is. Balaca sahe, kiçik sahe.

SAHİB : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Yiye. Bir şeyin sahibi. Bağın sahibi.
At sahibi ilə ev sahibi çuval-ları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Ə.Haqverdiyev. At getdiyi yolla da qayıdıb sahibinə yanaşdı. M.Hüseyn.
Köhne meişetde: er menasında. Mər-humun, yəni bizim bədbəxt Mahrunun sahibi-nin başını tapmışlar. M.S.Ordubadi. [Mem-medbağır] Sitarənin sahibi olmaqla bütün var-yoxuna sahib olacaqdı. S.Hüseyn.
köhn. Bir sıra izafet terkiblerinde yiye, ağa menasında işlenir; mes.: sahibi-servet, sahibi-eql, sahibi-dövlet ve s. Məzəmmət eyləmə mən binəvanı; Sahibi-səltənət, göv-hərin kanı. Aşıq Əlesger. [Şeyxler:] Oyan şeyx, oyan şeyx, sahibi-kəramət. H.Cavid.
0 Oğul-uşaq sahibi olmaq
evlenmek, aile qurmaq, övladları olmaq. [Süleyman:] Oğul-uşaq sahibi olsunlar! U.Hacıbeyov.

SAHİBƏ : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Qadın sahib. [Qehreman:]
Qarşımda kişi libası geymiş ev sahibəsi uzan-mışdı. H.Nezerli. Qadın içəridə ev sahibəsi əvəzinə Tahiri görəndə donub qaldı. M.Hü-seyn. Gülü xanım ev sahibəsinin zəhmətə düş-məyini istəməsə də, Əlikrama iştaha gəldi. B.Bayramov.

SAHİBKAR : Azerbaijani Explanatory Dictionary

is. [ər. sahib ve fars.
..kar] Sahib, yiye. Bakı fəhlələrinin ümumi tətili sa-hibkarların qəti məğlubiyyəti ilə qurtarmışdı. M.Hüseyn. O zamanlar Bakı neft sahibkar-ları üçün ev ən böyük gəlir mənbələrindən biri idi.. S.Rehman. // Mec. menada. Şahinlər bütün aləmlərdə
yerdə də, suda da, havada da əsil sahibkar kimi gəzirlər. Mir Celal.

SAHİBKARLIQ : Azerbaijani Explanatory Dictionary

is. Sahib olma, yiye olma, yiyelik.

SAHİBLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Sahiblenmek"den f.is.

SAHİBLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f. Sahib olmaq, tutmaq,
yiyelenmek. Torpağa sahiblənmək. Bağa sa-hiblənmək.
Qiymətli kamana sahiblənmək üçün hər kəs qüvvətini sınadı. M.S.Ordubadi.

SAHİBMƏNSƏB : Azerbaijani Explanatory Dictionary

sif. ve is. [ər.] Yüksek menseb, vezife sahibi olan, yüksek mensebli (vezifeli). [Hacı Hesen:] Şeyxəna! Bu Heydər ağadır ki, teleqrafxanada sahibmənsəb və əhli-elm bir vücuddur. C.Memmedquluzade. [İntizari:] Bir tərəfdən hökumətə qulluq edir-sən, bir tərəfdən də sahibmənsəblərə yaman deyirsən? Ə.Memmedxanlı.

SAHİBSİZ : Azerbaijani Explanatory Dictionary

sif.
Sahibi, yiyesi olmayan; yiyesiz, nezaretsiz. Maral baxar təpəyə; Ozün yıxar təpəyə; Oba sahibsiz olsa; Donuz çıxar təpəyə. (Bayatı). Olkə tamamilə sahibsiz de-yildi. S.Hüseyn.
Ata-anasız, yetim, baxımsız. Mənim ye-tim uşağa rəhmim gəlir; çünki o uşaq sahibsiz-dir. C.Memmedquluzade. [Toxucuların] ək-səriyyəti sahibsiz.. uşaqlar idi. Ə.Memmed-xanlı.

SAHİBSİZLİK : Azerbaijani Explanatory Dictionary

is.
Sahibi, yiyesi olmama.
Ata-anası olmama; yetimlik, baxımsız-
lıq.

SAHİL : Azerbaijani Explanatory Dictionary

is. [ər.] Denizin, çayın, gölün quru ile birleşdiyi yer; deniz (çay) kenarı. O göl sahilinə gələn qıza bax; Sanki budaqlar da

ona əl edir. N.Xezri. [Denizin] ləpələri sahi-lin isti qumunu yalayaraq irəli cumur, təkrar geri çəkilirdi. S.Veliyev.

SAHİLSİZ : Azerbaijani Explanatory Dictionary

sif. Sahili görünmeyen, ucsuz-bucaqsız. Eşqdir çalxanan köpüklü dəniz; Ya fəzadır dərin və sahilsiz. A.Şaiq.

SAHMAN : Azerbaijani Explanatory Dictionary

is. Qayda, seliqe, düzgün veziy-yet, qaydada, seliqede olma. Ev sahmanda idi. Ust-başı sahmandadır.
Qız uşağının paltarı sahmanda idi, başında abı kəlağayı, əynində gödək kofta vardı. Mir Celal. Hər gün usta buruqlara baş çəkib gəzər; Quyuları sah-man görüb fərəhlənərdi. Ə.Cemil. □ Sah-mana düşmək
qaydaya düşmek, yoluna düşmek, her şey öz yerinde, qaydada olmaq. [Hümmet Yusife:] Bəlkə dedilər, ay eloğlu,
.indi işlər sahmana düşür deyə gəlmisən? B.Bayramov. Sahmana gətirmək
bax sahmana salmaq. Xavərnisə evi yığışdırıb, bağçaları sahmana gətirib də süfrələri hazır-layırdı. T.Ş.Simurq. Sahmana salmaq
qay-daya salmaq, seliqeye salmaq, her şeyi öz yerinde düzgün yerleşdirmek. [Arvad] cəld hərəkətlərilə otağın içindəki avadanlığı sah-mana salmağa başladı. H.Seyidbeyli. [Umid]
.kanalın sahmana salınmasında az zəhmət çəkməmişdi. B.Bayramov.

SAHMANLAMA : Azerbaijani Explanatory Dictionary

"Sahmanlamaq"dan f.is.