Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ŞAX : Azerbaijani Explanatory Dictionary

is. Ağacdan, koldan ayrılan budaq, qol; dal. Ağacdan iki şax ayrılıb. Pambıq kol-larının şaxı.
Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq. [Əmiraslan Nureddine:] O əlin ilə tutduğun budağın ba-şında gör nə çox gilas var, çıx o şaxı sındır. S.S.Axundov.
Ağacın qırılıb yere tökülmüş yarpaqlı qol-budağı. Kəlbalını yolun qırağında şax, şəvəlin içərisində zarıyan bir halda tapmış və götürmüşdülər. S.Rehimov.
məc. Soyuqluq, şaxta. Gün çıxdı, hava-nın şaxı sındı.
Havaların şaxı sındığından bu tərpəniş Muzdura çox ilıq gəlirdi. Ə.Əbül-hesen.
sif. Hamar, düz; ezgin olmayan. Şaxpal-tar.
Soydular Hacının şaxpaltarını; Tüfəng-tapançanı, üç qatarını. H.K.Sanılı. Yazar-sanmı, ay komandir, bax, kağız da tapmışam; Şeri bina köçürməkçin şax kağız da tapmışam. Z.Cabbarzade.
sif. Düz, serrast, dümdüz, dik.
.[Şeref] qələmə ağaclar kimi şax və nazikbədənli Şir-zadı içəri buraxdı. M.İbrahimov. Məmməd-cəfər Məmmədəlidən bir yaş böyük, uzun-boylu, şax, qüvvətli bir kişi idi. S.Rehman. □ Şax durmaq (dayanmaq)
düz durmaq, özünü dik saxlamaq. Soldatlar şax durub çest verirdilər. Ə.Haqverdiyev. Qadın diksinmiş kimi düzəlib şax durdu. Mir Celal.
◊ (üzünə) şax baxmaq
cesaretle, çe-kinmeden, qürurla baxmaq. özünü şax tut-maq
qürurlu, teşexxüslü olmaq. [Gülara] özünü şax tutardı. İ.Əfendiyev.
.Fərman özünü elə şax tutardı ki, elə bil, atasına tap-şırılan işin yarısını o görəcəkdi. Ə.Sadıq. Sözü şax (üzünə) demək
birinin yanında heç bir eybi, utanılacaq işi olmadığına göre serbest halda fikrini demek, çekinmeden sö-zünü demek. [Nesir] hər kəsin çirkin əməlini şax üzünə deyərdi. S.S.Axundov. [Surxayın] sözü
. şax deməsi Həsən kişiyə ləzzət verirdi. M.İbrahimov.
.[Usta] yaramaz işlərinin üs-tünü açır, nöqsanlarını şax üzünə deyirdi.
M.Hüseyn. Şax gəzmək
heç kesin yanında eybi, qebaheti, nöqsanı olmadığına inandığı üçün özünü alnıaçıq, başıuca, dikbaş aparmaq. [Ferman:] Bilirsiniz, həmişə şax gəzmiş bir adamam, indi məni əmim götürüb elə yerə çır-pıbdır ki, xəcalətimdən insan arasına çıxa bilməyirəm. Ə.Haqverdiyev. Elə buna görə də [Babacan] hələ şax gəzir, açıq danışır, özünə isnad olunan bir çox nöqsanları boynuna götürmür(dü). Ə.Əbülhesen. üzünə şax baxa bilməmək
birinin yanında qüsuru, günahı olduğu üçün ondan utanmaq, xecalet çekmek. [Semire:] Nə uşaqların, nə də qayınanamın üzünə şax baxa bilirdim. M.Hüseyn. üzünə 0ax baxmaq
birinin yanında eyibli işi, qe-baheti olmadığı üçün özünü onun qabağında serbest hiss etmek, ona qürurla, cesaretle baxa bilmek. [Qulu:] Deyirəm, Cimi, vicda-nın olsun, elə elə ki, mən də sənə əməkgünü yazanda utanıb tər tökməyim. Camaatın üzünə şax baxım. I.Əfendiyev.

ŞAX-BUDAQ : Azerbaijani Explanatory Dictionary

top. Ağacın iri budaqları, şaxeleri. Getdi meşə içrə odun qırmağa; Şax-budağı başladı sındırmağa. A.Sehhet. [Ilyas Adileye:] Mən əzilmiş kol-kosları, sınıq şax-budaqları gördüm, lakin Tərlanı görə bil-mədim. Ə.Memmedxanlı. □ Şax-budaq at-maq
bax 0axələnmək.

ŞAX-BUDAQLI : Azerbaijani Explanatory Dictionary

sif. Iri şaxları, budaqları, qolları olan. Şax-budaqlı ağac.
Münbit və səxavətli torpaq bu, cəmisi yarım hektarlıq yerdə elə qüvvətli, şax-budaqlı ağaclar ye-tişdirmişdi ki, payızda meyvəsini yığıb-yığışdırmaq olmurdu. S.Rehman. [Qaçaqlar] yerli-yataqlı, şax-budaqlı qocaman bir çina-rın dibində doyunca yeyib, al şərabdan içmiş, yatıb xumarlanırdılar. M.Rzaquluzade. // Şa-xeli, şaxelenmiş, haçalanmış. Maral yüyür-dükcə tez-tez büdrəyir, şax-budaqlı buynuz-ları ağaclara toxunurdu. M.Hüseyn.

ŞAXƏ : Azerbaijani Explanatory Dictionary

ax 0ax
ci menada. Fərivər kü-ləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə ötüşdüyü zaman, haqquşu da çinar-ların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu. M.S.Ordubadi. Otürdü şaxədə şur ilə bülbül. M.Rahim.

ŞAXƏLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Şaxelenmek"den f.is.

ŞAXƏLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f. Şaxelere, qollara ayrıl-
maq, şaxe vermek. Dəfələrlə [ağacın] budaq-ları kəsilsə də, yenə şaxələnib, qol-qanad açıb bar gətirirdi. Ə.Veliyev. Toplandı bir yerə çaqıl, kirəc, su; İşçi qüvvəsilə şaxələndilər.
M.Müşfiq.

ŞAXƏLI : Azerbaijani Explanatory Dictionary

sif. Şaxeleri olan, qollu-budaqlı. Şaxəli ağac.
Şaxəli sünbülün, yerin sirdaşı; Polad da əridir alovda, odda. S.Vurğun.

ŞAXIMA : Azerbaijani Explanatory Dictionary

"Şaxımaq"dan f.is.

ŞAXIMAQ : Azerbaijani Explanatory Dictionary

f. Güclü tesir etmek, vurmaq. Qarabağın isti günü şaxıdıqca az qala ağız-larda dili də qurudurdu. Ə.Veliyev. [Nu-riyye:] Gün dik adamın təpəsindən şaxıdı-ğından biz qayıdıb otağa girdik. I.Əfendiyev. [Fizze xanım:] Nə yağış yağır, nə gün şaxı-yır, amma [Nise xanım] gərək aerodroma da yapon çətiri ilə gələ.. Ə.Memmedxanlı.

ŞAXlS : Azerbaijani Explanatory Dictionary

is. [ər.] geod. Yer sethi nöqteleri-nin nisbi yüksekliyini teyin etmek üçün alet; nivelir.

ŞAXLAMA : Azerbaijani Explanatory Dictionary

"Şaxlamaq"dan f.is.
Ağacın qurumuş qol-budağını kesme. Söyüdü şaxlama.
Torpağa şax ile (
ci menada) mala çekme. // B a x 0axmala.

ŞAXLAMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Leklere şax vurmaq, lek-leri şaxla ayırmaq.
Şax döşemek, şaxla örtmek. Xəndəyin kənarlarını şaxlamaq. Barama qurdunun üs-tünü şaxlamaq.

ŞAXLANMA : Azerbaijani Explanatory Dictionary

"Şaxlanmaq"dan f.is.

ŞAXLANMAQ : Azerbaijani Explanatory Dictionary

f.
Lovğalanmaq, tekeb-bürlenmek, iddialanmaq, kekelenmek. [Xu-dayar bey övretine:] Dədən evindən mənə çox dövlətlər gətirmisən, bir az da şaxlan mənim üstümə. C.Memmedquluzade. Lal Hüseyn ürəklənib şaxlandı. M.Ibrahimov.
Şax dayanmaq, dikelmek.
.Kəyan ayağa qalxdı və ufultu ilə bir şaxlanıb belini dikəltdi. Ə.Əbülhesen. // Dal ayaqları üzerine qalx-maq, şahe qalxmaq (at).

ŞAXLI : Azerbaijani Explanatory Dictionary

sif.
Şax, şaxı olan, qatlanmamış. Şaxlı parça.
[Əren:] Mariqerini hamama aparıb, ona uzun ipək paltar, şaxlı ipəkdən ləçək verdilər. çemenzeminli.
Şaxı, qolu olan, qollu-budaqlı. Şaxlı ağac.
Girib belləmədi bir dəfə bağı; Qurutdu su-suzluq şaxlı budağı. M.Dilbazi.

ŞAXLI-BUDAQLI : Azerbaijani Explanatory Dictionary

sif. çoxlu şaxı, budağı olan, qollu-budaqlı. [Nureddin] yoldan bir az kənar bir şaxlı-budaqlı ağac tapıb üstünə çıxdı ki, orada gecə yatsın. S.S.Axundov.

ŞAXLIQ : Azerbaijani Explanatory Dictionary

is. Şax şeyin (parçanın) halı. Pal-tara şaxlıq vermək üçün nişastalayırlar.

ŞAXMALA : Azerbaijani Explanatory Dictionary

is. Şaxlardan düzeldilmiş pri-mitiv mala.

ŞAXSEY : Azerbaijani Explanatory Dictionary

nida. Felaketli, dehşetli, facieli bir hadise qarşısında çıxarılan feryad sesi. Şəhərin arvadları dəstə-dəstə Hacının böyük bacısı Pərinisanın evinə dolub boşalmaqda idilər. Şaxsey və şivən səsi asimana bülənd olmuşdu. Ə.Haqverdiyev. [Heyder bey:]
.Bi-zimkilər də şaxsey deyə, saçlarını yolurlar. S.S.Axundov. □ Şaxsey vurmaq (təpmək, getmək)
yasda, meherremlikde ölü üçün saç yolmaq, feryad qopararaq ağlamaq. [Fatma xanım:] Sənin kimi oğlun paltarın töküm, üstə şaxseyni təpim. N.Vezirov. [Settar:] Məhəl-ləmizdə şaxsey gedəcəklər,
dedi.
Gəlin, biz də gedib baxaq. P.Makulu.

ŞAXSEY-VAXSEY : Azerbaijani Explanatory Dictionary

is. din. Meherremlikde: imam Hüseynin qetli günlerinde şielerin mersiye, növhe oxuya-oxuya başlarına, sine-lerine vurub şiven qoparma merasimi (sözün esli "Şah, Hüseyn! Vah, Hüseyn!"-dir). Səh-nənin dalından təbil və sinc səsi gəlir. Şaxsey-vaxsey sədası eşidilir. Ə.Haqverdiyev.

ŞAX-ŞAX : Azerbaijani Explanatory Dictionary

şax-şax baxmaq
teşexxüsle, qürurla, cesaretle baxmaq. [Mesme] üzünü Şərəbanı arvada tutub şax-şax baxdı. Mir
Celal.

ŞAXŞAX : Azerbaijani Explanatory Dictionary

is. Silkeledikde içerisindeki xırda daşlardan ses çıxan uşaq oyuncağı. Uşaq üçün şaxşax almaq.
[Oyuncaqsatan:] Ay yaxşı şaxşax, banlayan xoruz! M.S.Ordubadi.

ŞAX-ŞƏVƏL : Azerbaijani Explanatory Dictionary

top. Şax, ağac qırıntıları, kol-kos. Yolun kənarlarını şax-şəvəl basmışdı.
Kəlbalanı yolun qırağında şax-şəvəlin içə-risində zarıyan bir halda tapmış və götür-müşdülər. S.Rehimov. Tutu dinləyib gözünü Qönçədən çəkdi, dərədəki şax-şəvələ baxdı. Ə.Veliyev.
.Suyun bir hissəsini arxa döndər-mək üçün adamlar məftillə sarınmış şax-şəvəldən hər birisi ikiyük maşını boyda "qom-lar" düzəldib çaya salırdılar. İ.Əfendiyev.

ŞAXTA : Azerbaijani Explanatory Dictionary

is. çox soyuq, qış havası, berk soyuq, sıfırdan aşağı hava temperaturu. Qar basmış küçələrdə şiddətli xəzri vıyıldayırdı. Şaxta insanın nəfəsini belə dondururdu. M.Hüseyn. Şiddətliyanvar şaxtası kəsib tö-kürdü. Mir Celal.

ŞÄXTA : Azerbaijani Explanatory Dictionary

[alm.]
Faydalı qazmtılarm çıxa-rıldığı ve yeraltı işlerin aparıldığı yer. Don hövzəsi şaxtaları. Metro tikintisi şaxtası.
tex. Bezi konstruksiyalarda uzun, verti-kal boşluq.