Multilingual Turkish Dictionary

Azerbaijani Explanatory Dictionary

Azerbaijani Explanatory Dictionary
ŞƏN : Azerbaijani Explanatory Dictionary

sif. Sevinc, sevincli, şad, memnun. [Sevda:] Güldükcə günəş mən də gülərdim;
Şən könlümü azadə dilərdim. H.Cavid. Böyük günlər, şanlı günlər, şən günlər; Yoluna dü-şən günlər; Hələ qarşımızdadır. M.Müşfiq.

ŞƏN : Azerbaijani Explanatory Dictionary

ax şan
Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız? M.Ə.Sabir. [Sefer bey:] Xayır, bu heç mənim şənimə yaraşan ad deyil! Qoy desinlər "ətyeyən Səfər bəy", "yağyeyən Səfər bəy". B.Talıblı. Mən sevirəm dövlətimi; Onun şəni böyükdür. Ə.Cemil. □ Şən qazanmaq
şöhret tapmaq, hörmet qazanmaq, meşhurlaşmaq, ad çıxart-maq.
.Şən qazanmağın özü də, əslinə bax-san, yaxşı sifətlərdən biridir. U.Hacıbeyov. Şəni uca olmaq
ad-san qazanmaq, şöhret-lenmek, xalqın gözünde yükselmek. [Vezir:]
.Əgər sən bir sənət və peşə bilsən, sənin şənin daha da uca olar. U.Hacıbeyov. // Bir adama layiq olan keyfiyyet, sifet, leyaqet, şeref. Ələsgər şənində desin dastanı; Fəxr eləsin doğan ana, can desin. Aşıq Əlesger. Bu ha-man dayımdır ki, otuz il ondan sonra Sabir onun şəninə bir belə qəzəl yazdı. C.Memmed-quluzade. [Xan:] Leylanın şəninə onda gərək sən; Burda bədahətən şeir deyəsən. B.Vahab-zade.
0 Şəninə dəymək (toxunmaq)
özü üçün alçaqlıq hesab etmek, menliyine toxunmaq. [Qoca:] Ay Mirzə, niyə bəs kola girirsən? Yoxsa mal otarmaq sənin şəninə dəyir. S.Rehimov. Şəninə kəsir saymaq
özüne, adına layiq bilmemek, ar bilmek, özü üçün eskiklik saymaq. Deyək lap Müqim bəy bil-mədi, yaxud Zərrintac xanım da bu əhvalatı şəninə kəsir sayıb, sirri başqa bir kəsə bil-dirmədi, bəs onda bu daş-qaşın qədrini kim bilər? S.Rehimov. Şəninə layiq bilməmək, yaraşdırmamaq (sığışdırmamaq)
özüne layiq bilmemek, öz leyaqetini gözlemek, nüfuzunu, heysiyyetini saxlamaq. Yadlar ilə danışmaya, gülməyə; Hər sözü şəninə layiq bilməyə; Namünasib yerə gedib-gəlməyə; Namusu, qeyrəti, arı gərəkdir. Q.Zakir. [Semire:] Xüsusən ilk beşiyim Kəmalə birinci sinifdən əlaçı olduğu üçün müəllimlərinə zəif cavab verməyi şəninə sığışdırmırdı. M.Hüseyn.

ŞƏNBƏ : Azerbaijani Explanatory Dictionary

is. [fars.] Heftenin cümeden sonra gelen günü. Şənbə günü.
[Yusif:] Uşaqlar, bilirsiniz, şənbə, nə təhər olsa, gedirəm. çemenzeminli.

ŞƏNDIR : Azerbaijani Explanatory Dictionary

sif. dan. Yavan, yağsız (çox za-man "şendir-şündür" şeklinde işlenir). Şən-dir ət.
Fəqir-füqəra, əlsiz-ayaqsızlar, yox-sullar, dilənçilər gəlib, sədəqə istədikdə min cür danlaqdan sonra, ağalar qoyunun sür-sümük və şəndir-şündüründən verib rədd edərdilər. H.Sarabski.

ŞƏNLƏNDIRILMƏ : Azerbaijani Explanatory Dictionary

"Şenlendirilmek"-
den f.is.

ŞƏNLƏNDIRILMƏK : Azerbaijani Explanatory Dictionary

məch. Şen edilmek,
şadlandırılmaq, ferehlendirilmek.

ŞƏNLƏNDIRMƏ : Azerbaijani Explanatory Dictionary

"Şenlendirmek"den f.is.

ŞƏNLƏNDIRMƏK : Azerbaijani Explanatory Dictionary

f. Şen etmek, fereh-
lendirmek, könlünü açmaq, canlandırmaq, ruhlandırmaq. Şənləndirir hər kəsi; Bir mu-siqi məclisi. A.Şaiq. Bir neçə il sonra körpə uşaqlar [Qedirgilin] ailəsini şənləndirəcəkdi. S.Hüseyn. Səadət xanım məclisi qat-qat şən-ləndirdi. Mir Celal.

ŞƏNLƏNMƏ : Azerbaijani Explanatory Dictionary

"Şenlenmek"denf.is.

ŞƏNLƏNMƏK : Azerbaijani Explanatory Dictionary

f.
Sevinmek, ferehlen-
mek, şadlanmaq, açılmaq; üzü gülmek. [Ge-ray:] Söyləmiş, biz onunla əyləndik; O da şən-ləndi, biz da şənləndik. A.Şaiq. Gümüş qə-dəhləri qaldırın görək; Bu məclis şənlənib qızışsın gərək. S.Vurğun.
məc. Canlanmaq, ruhlanmaq.

ŞƏNLƏŞMƏ : Azerbaijani Explanatory Dictionary

"Şenleşmek"denf.is.

ŞƏNLƏŞMƏK : Azerbaijani Explanatory Dictionary

ax şənlənmək.

ŞƏNLƏTMƏ : Azerbaijani Explanatory Dictionary

"Şenletmek"den f.is.
ŞƏNLƏTMƏKbax şənləndirmək. // məc. Canlandırmaq, can vermek. [Beypolad Cemil beye:] Turxan bəydən ayrıldığımızgecə göz-lərim bağçanı şənlədən çiçəklərə ilişdi.
H.Cavid.

ŞƏNLIK : Azerbaijani Explanatory Dictionary

is.
Şadlıq, sevinc, fereh. O hara gəlsə şənlik gətirir.
Iş keçsə bu surət bir müddət əgər; Qalmaz Qarabağda şənlikdən əsər. Q.Zakir. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Celal.
Tentene, şadlıq meclisi, şadyanalıq, çalıb-çağırma, bayram. Xalq şənliyi. Mək-təbdə şənlik keçirilirdi.
Mədəniyyət sara-yında bu gün şənlik vardı. S.Rehman. [Əs-ger:] Düşmən pilotu bizi görsəydi, yəqin ki, bir qatar pulemyot gülləsi atar, şənliyimizi pozmağa cəhd edərdi. M.Hüseyn. □ Şənlik etmək (eləmək)
şadyanalıq etmek, deyib-gülmek, çalıb-çağırmaq, bayram etmek. Yığışın, şənlik edək, qərnimizin bayramıdır; Sil gözümdən bu yüz ildən bəri gözyaşlarımı. Şehriyar.
.Şura hökuməti qurulduğuna görə çayqıraqlılar şənlik eləyirlər. Ə.Əbülhesen.

ŞƏNLIKSIZ : Azerbaijani Explanatory Dictionary

sif. Şenlik olmayan, çal-
çağırsız, sakit, süst. [Mirze Mahmud:] Mən də boynuburuq və peşman bir halda şənliksiz guşədə durub, aləmin böyük həngaməsinə ta-maşa edirəm. çemenzeminli. // Zerf mena-sında. Məclis şənliksiz keçdi.

ŞƏNLIK-ŞADLIQ : Azerbaijani Explanatory Dictionary

ax şənlik. Adət belə-dir
bayramda sevinib gülərlər, şənlik-şadlıq düzəldərlər. M.İbrahimov.

ŞƏN-ŞƏN : Azerbaijani Explanatory Dictionary

sif. ve zərfSevine-sevine, fe-rehle, şen halda, sevincle. Bu gördüyün şən-şən ellər bizimdir; Qarlı dağlar, coşqun sellər bizimdir. A.Şaiq. Yaşıl çəmən bayraq edər laləni; Otərsiniz onda şən-şən, durnalar. S.Rüstem.

ŞƏN-ŞƏRAFƏT : Azerbaijani Explanatory Dictionary

is. Hörmet, etibar, sayğı,
şeref, heysiyyet. Şən-şərafətlə gün keçir-mək.
Ağcanın uşaqlıq günləri beləcə şən-şərafətlə, əzizlik, bəxtiyarlıqla keçdi. Mir Celal. // Əsil, necabet.

ŞƏN(Ü) : Azerbaijani Explanatory Dictionary

ŞöVKƏT klas. bax şan-şövkət. Deyildir bərabər heç kimsənəyə; Xubların şahıdır şənü şövkətdə. M.P.Vaqif. Şənü şöv-kət, ey əmir, səndən artıq kimdə yox; Həm ədalət, həm səxavət, həm şücaət səndə çox. ü.Hacıbeyov.

ŞƏR : Azerbaijani Explanatory Dictionary

is. [ər.]
Pislik, yamanlıq, fenalıq, pis iş. Xeyir və şər.
Şər deməsən, xeyir gəl-məz. (Ata. sözü). Dünyanın gərdişindən; Təng oldum hər işindən; Mərdin başı qal çəkir; Namərdin şər işindən. (Bayatı). Bəxtəvər ba-şına sənin, ey rəqib; Xeyir sənə qismət oldu, şər mənə. Q.Zakir. [Cümrü Ağamalı] xeyir və şərdə can-başla iştirak edərdi. H.Sarabski.
Böhtan, iftira, fitne, intriqa; xata, xata-bala. [İmamverdi nevesine:] Yox, daha səni orada qoymaq olmaz. Mən azarlıyam, dur-mağa taqətim yoxdur, səni o iki şeytanın şərindən mühafizə etməyi bacarmıram. S.S.Axundov. Vaqonlar [Rübabeni] götürüb, sanki Gəldiyevin şərindən uzaqlaşdırmaq üçün yeyinlədilər. Mir Celal. □ (üstünə) şər atmaq
üstüne böhtan atmaq. [Gülnise:] Yalandır, atamın canı üçün yalandır; üs-tümə nahaqdan şər atırlar. Ə.Haqverdiyev. [Süleyman Heyderquluya:] Sən canını qur-tarmaq üçün gərək Abbasın üstünə bir şər atasan. M.İbrahimov. Şərə düşmək
daya-nıb durduğu yerde, nahaqdan böhtana, ifti-raya meruz qalmaq, böhtana düşmek. Şərə düşmək qəfil gülləyə düçar olmaq kimidir. Ə.Veliyev. Şərə salmaq
iftira ederek, böh-tana salaraq dolaşdırmaq. [Vezir:]
.Bir təhər elə, onu şərə sal, öldürək. "Qurbani".
sif. Böhtançı, iftiraçı, fitneçi, intriqaçı, xatakar. Şər adamdır, ondan uzaq ol.
0 Şər qarışmaq (qovuşmaq)
qaranlıq-laşmaq, qaranlıq düşmek, qaş qaralmaq. Şər qovuşanda dəstə kəndə çatdı.
[Tahir:] Ma-şınımın təkəripartlamışdı, dəyişdirib təzəsini taxanacan şər qarışdı. M.Hüseyn. Şər qarı-şanda məscid həyətinə otuza qədər gənc yığıl-mışdı. Mir Celal. Axşam şər qarışıb, qaş qa-ralanda; Şairin qapısı döyüldü birdən. B.Vahabzade. Şəri başdan uzaqlaşdırmaq
xata-balanı özünden uzaqlaşdırmaq, gözle-nilen böhtanın, iftiranın qarşısını almaq, özünü xetersizleşdirmek. [Salonda] səslər eşidilməyə başlandı:
Bir gədənin birinə əlli manat verə bilməzsiniz ki, bir gecənin içində şərini başınızdan uzaqlaşdırsın. M.S.Ordu-badi. [Yaşlı kişi:] Mən onu qovub şərini başımdan uzaqlaşdırmalı idim. S.Hüseyn. Xeyirə-şərə yaramaz
bax xeyir-şər.

ŞƏR : Azerbaijani Explanatory Dictionary

is. [ər.] klas. Şeriet. [Şah:] Əhkami-şərə mütabiq kimsənə nəzərdə varmı ki, səltənəti və təxtü tacı ona vagüzar edək? M.F.Axundzade. Sözyox ki, badə şərdə olmuş bizə həram; Zənnim budur ki, yar ilə içsən həlal olur. S.Ə.Şirvani.

ŞƏRAB : Azerbaijani Explanatory Dictionary

is. [ər.] üzümden hazırlanan spirtli içki; çaxır. Şərab şər gətirər. (Ata. sözü). [Qaraş] məclisdən-məclisə bir-iki qədəh şə-rab içsə böyük işdi. M.İbrahimov. Əlyarov qırmızı şərabla dolmuş stəkanı son damlasına qədər içib, şəstlə süfrəyə çırpdı. M.Hüseyn.

ŞƏRABÇI : Azerbaijani Explanatory Dictionary

is.
Şerab hazırlayan, çaxırçı.
Şerabsatan.
.Şərabçılar içəri girib ağız-ları yaşıl ipəklərlə sarınmış şüşələri açıb rət-lin içinə tökməyə başladılar. M.S.Ordubadi.

ŞƏRABÇILIQ : Azerbaijani Explanatory Dictionary

is.
Şerab hazırlama, şe-rabçı peşesi. Şərabçılıqla məşğul olmaq.
üzüm ve başqa meyvelerden şerab ha-zırlama işi. Şərabçılıq sənayesi.

ŞƏRABXANA : Azerbaijani Explanatory Dictionary

is. [ər. şerab ve fars.
..xane] Şerab çekilen karxana; şerab çelleklerinin saxlandığı yer. Girdi şərabxanəyə bir gün pi-şik; Ta ki, siçan tutmağa çəkdi keşik. S.Ə.Şir-vani. // Şerabçı dükanı, şerab içilen yer; mey-xana.